Foth Club fəaliyyətə başladı.

Foth Club fəaliyyətinə başladı. Bütün foto sevərləri  həftədə bir dəfə keçiriləcək görüşlərə dəvət edirik.  Görüşlərdə  söhbətlər, əyləncə və içki məclisi (çay kofe) olacaq, seminarlar  və gəzintilər təşkil ediləcək, diskussiyalar yaradılacaq. Cluba üzvlük ayın 10-da olacaq partidə bildiriləcək.  Ətraflı məlumatı https://www.facebook.com/fothclub adresindən öyrənə bilərsiniz.    

Iphone 6-ya qalmaq.

Başlıq bir az qəribə oldu deyəsən. Nikon fotoaparatım düşüb sınandan sonra uzun müddətdir nə şəkil çəkə, nə də yazı hazırlaya bilirəm. Qarşıma çıxan kadrları İphone 6  və Zenit ilə çəkməkdən başqa çarəm qalmayıb. Fotoaparat elə axmaq yerdən sınıb ki, bilmirəm düzəldə biləcəklər, yoxsa yox. Fotoaparatı bir usta tapıb vermişəm, bir həftə vaxt deyib. Görək alındıra…

Nikon`un yeni il hədiyyəsi – D5 və D500

Hər kəsin gözlədiyi hədiyyəni şaxtababa yox Nikon verdi. Fullframe və APS-C sistemlərində əjdaha xüsusiyyətləri ilə iki canavarını ortaya çıxardı: D5 və D500. D4s-dən  sonra hər kəs D5-i gözləyirdi ama D500 sürpriz oldu. D300s-dən uzun bir müddət keçməsinə baxmayaraq, Nikon bu modeli yeniləmək əvəzinə D7000 seriyasını təzələyirdi; Nikon d7000, d7100, d7200… Ən yeni texnologiya və xüsusiyyətləri ilə…

Yaxşı şəkil çəkmək üçün…

Başlıq şəklinə baxıb deməyin bu nədir.. 😀 Bəyəndiyim və dəfələrlə baxdığım western filminin üz qabığıdır. Mövzuya uyğun gördüm sadəcə… Aldınız ən bahalı gövdələri, obyektivləri, filtirləri və digər aksesuarları… ama çəkdiyiniz şəkillər yaxşı çıxmır, neyləmək lazimdir..? (Batumidə sahildə dəmir ayaqqabının insanla sintezi) Bəzən baxırsan ki, 300 dollarlıq bir alt səviyyə fotoaparat (DSLR) sənin 6-7 minlik fotoaparat…

Kim nə alsın…!!!???

Kim nə alsın…? Kim nə istəyir alsın… 😀 Ciddi sözümdür… …………………………….. Yaxşı, belə izah edim… Fotoqrafiya dünyasında markalar, istehsal etdikləri məhsulları peşəkarlıq səviyyəsinə  görə bir neçə yerə bölürlər… -İlkin səviyyə -Orta səviyyə -Peşəkar səviyyə Ama bütün bunları bir kənara qoyuruq… Mən bunu iki yerə bölürəm…Siz özünüzü bunların hansında görürsünüzsə, o istiqaməti də seçərsiniz. 1- Məqsədi bu…

Fujifilm və Olympus

İnsan elə bir məxluqdur ki, davamlı yenilik istəyir… Nikon D7100 üzərinə bütün lazımli şeylərə sahibəm… ama gündəlik istifadə də çox ağır olduğu üçün yorur insanı. İstəyirəm balaca bir fotoaparat alım. Bir neçə vaxtdı Fujifilm və Olympus arasında qalmışam. Uzun qarşılaşdırmaları oxuduqdan sonra meylim  fujifilmə dogru gedir deyəsən.. Ama Olympusun da 5 istiqamətli sensor sabitləyicisi də…

Saf Musiqi

Əvvəlcə videoya baxın. James Brown-u dəfələrlə dinləmişəm, Pavarottinin bəzi mahnılarını 200 dəfə dinlədiyim olub,  ama bu ikilinin canlı çıxışı o qədər sehirlədi ki, üç gündə dayanmadan təkrarını dinləyirəm…  Heç bir studiya işinə ehtiyacı olmayan, saf və ilahi səslər… bunları dinlədikdən sonra öz-özümə soruşuram… Musiqi budursa bəs bu günə qədər dinlədiklərimiz nədir? Hər halda `it`s a…