Qaçın… Pulunuz yoxdusa qaçın…

Azərbaycanda infilyasiya 1%-dir. Xəbərlərdə rəsmi açıqlama verilir. Ama necə? iyun ayından avqust ayına olan hesabatdır. Mənim kimilər də oxuyur, düşünür ki, problem yoxdu yəqin. Ama həqiqət belə deyil axı.  Azərbaycan da son bir ildə 230% infilyasiya oldu. Yüzlərlə şirkətlər bağlandə və minlərlə insan borclandı. Bəs kim qazandı? Dolları əlində cəmləşdirən iri inhisarçılar. Kim qazandı? Hökümətə…

Lahicda `Həmrəylik Düşərgəsi`

Azərbaycan Fotoqrafları Birliyi ilə əməkdaşlıq çərçivəsində Lahic kəndində keçirilən “Həmrəylik Düşərgəsi”nə dəvət aldıq və 5 gün əsgər palatkalarında yatıb, əsgər yeməkxanasında yemək yedik. Ətraflı yazı burdan oxuya bilərsiniz, əvvəlcə  bu tədbirdən bir neçə kadr:    

Oxuyun, oxuyun, oxuyun!!!

Istehsalçılar, malların düzgün istifadəsi üçün ƏL KİTABI və ya İSTİFADƏ KİTABÇASI deyə kitablar hazırlatdırarlar. Nikon, Canon, Sony, Pentax, Olympus, Fujifilm, və s. bütün markaların hər modelə uyğun və bir çox dildə – Rus, ingilis, türk və s. dillərində kitabçaları vardır. Alacağınız yeni bir aparatın istifadəsindən əvvəl mütləq iki-üç dəfə ƏL KİTABI-nı oxuyun… OXUYUN… Ondan sonra…

Bulanıq şəkilləri kəskinləşdirmə

Şəkil çəkdin ama evə gələndə baxdın ki, bir çoxu netləməni sən istəyən yerə etməyib və ya şəkildə ümumi bulaniqlılıq var. Bunun bir çox səbəbi var. 1. Netləmə xətası 2. Avtofokus 3. İşıq azlığı  və düzgün pərdə sürəti seçməmək. 4. Əllərin çox əsməsi və İSO-nu az vermək 5. Lensin keyfiyyətsiz olması 6.  və sairələr…. İndi gəldik…

Sigma 17-50mm f2.8 və Tamron 70-200mm f2.8…

Bizim hər şeyə maraqlı, oxumayan, başını elmə və biliyə yormayan, heç nəyin nəzəriyyəsini oxumadan qulaqdan dolma məlumatlarla əlindəki fotoaparat və lenslərin dəyərini bilməyən, davamlı gözü başqalarının aparatlarında olan ZAT-lara səslənirəm: əlinizdəki ən axmaq lenslə, fotoaparatla ən yaxşı şəkil çəkmək üçün özünüzü zorlayin, biliyinizi artırın, təkrar təkrar çəkin, boş verin kiminsə əlində Canon 24-105 var, Nikon…

Fotoqrafiya tarixi

  M.Ə. 4-cü yüzillikdə Aristotel, mağaradakı bir deşikdən içəri girən işığın divarda tərsinə şəkil əmələ gətirdiyini görər. 1490-ci ildə LEONARDO DA VİNCİ-nin qeydlərində şəkildə prespektif üçün qaranlıq otaqdan istifadə etmə fikrini ortaya qoyar. 1500-ci ildə CAMERA OBSCURA tapılır.  Bu tapıntıya DANİELLO BARBERO-nun 1568-ci ildə bir diafragma mexanizması və GİRALAMO CARDANO-nun incə kənarlı bir lens (mərcək) əlavə…