Bir az özümdən bəhs edim

 

IMG_1014

Mən bir fotoqrafam. Rənglərin və obyektin ən sadə və qabarıq yönlərini kəşf eləməyi sevirəm. Fərqli geometrik şəkilləri, işığın tək yönlü axışını qabardılmış şəkildə göstərməyə çalışıram. Ağ-qara şəkillər həyatın və mənanın özüdür…, rəngli dünyada yaşasaq da… Çəkdiklərim, çəkəcəklərimin təməlidir, ən yaxşı şəkil çəkmə yarışında da deyiləm. Sadəcə çəkirəm….

Hər şeyin pulla satın alındığı bu dünyada heç bir maddi maraq güdmədən hazırladığım bu bloqda, foto işinə həvəs göstərən, bu işlə məşğul olan və yorulmadan oxuyanlar üçün yol göstərməyə çalışıram. Bir tərəfim Foto Jurnalist, digər tərəfim memar olaraq hər iki işi layiqincə yerinə yetirmək üçün bütün vaxtımı sərf edirəm. Foto işini öyrəndiyim ustalarımdan, araşdırmalarımdan və təcrübələrimdən irəli gələn nə varsa burda yazacam.

İşığınız bol olsun….

 

Həsən İSMAYİLOV

Mob: +994 552770299  (Whatsapp)
E-mail: archifoth@gmail.com

Adress:  Həsənoğlu küç 21, N.Nərimanov, Bakı.

 

500px

unnamed