Qaçın… Pulunuz yoxdusa qaçın…

Azərbaycanda infilyasiya 1%-dir. Xəbərlərdə rəsmi açıqlama verilir. Ama necə? iyun ayından avqust ayına olan hesabatdır. Mənim kimilər də oxuyur, düşünür ki, problem yoxdu yəqin. Ama həqiqət belə deyil axı.  Azərbaycan da son bir ildə 230% infilyasiya oldu. Yüzlərlə şirkətlər bağlandə və minlərlə insan borclandı. Bəs kim qazandı? Dolları əlində cəmləşdirən iri inhisarçılar. Kim qazandı? Hökümətə yaxın iri banklar.

kapitalizm-3009

İnsanlar acgöz və hərisdirlər. Sosializm insanlar uçun mükəmməl bir sistem olsa da,  davam gətirə bilmədi. Kapitalizmdə isə, saxtakarlıq, acgözlük, hərislik, yalançılıq və riyakarlıq daha ön plandadır. İnsanı insanlığından çıxarıb at kimi çapan bir sistem, həm təbiətin həm də insanlığın ahəngini pozmaqdadır. İnsana bu qədər pul və stress lazımdırmi?

HƏR GÜN YENİ BİR SİSTEM

Sistem getdikcə keyfiyyətdən daha çox keyfiyyətsizliyə doğru yol alır. Hər gün yeni bir model, yeni bir forma… Bu gün bir avtomobil çıxır, 5 ay sonra yeni modeli gəlir. İnsan çaş baş qalır. Misal üçün İPhone 6 / 6plus çıxdı, sonra 6s / 6s plus, arxasıca 5s və sonra 7 / 7 plus… indi də 7s və plus haqqında danıışırlar…Note 6 çıxdı, 5 ay sonra Note 7-ni buraxdılar, ama hamının əlində partladı keyfiyyətsizliyi ilə. Mazda 6 çıxdı, 6 ay sonra bəzəkli variantı gəldi. Fotoaparatlardada bu belə oldu. Sony özünü yarış atı kimi aparır. Nikon və Canon bu mövzuda daha səbrlidirlər. a6000 əla bir gövdə idi, bir də buna a6300 çıxdıqda hami VVOVV dedi… indi də a6500.. Gövdə dizaynı heç dəyişmədi, mənim bu gövdədə bəyəndiyim vizorun solda olmağıdır. Gözünüzə tutduğunuz zaman fotoaparat burnunuza əziyyət vermir. (balaca burunlara aid deyil)

sony-a6300-shooting

SONY A6500

sony-a6500-mirrorless-camera-hands-on-front

Sony a6300-dən sonra (onsuz da super bir gövdə idi) tez tələsik a6500 modelini də çıxardı. 5 yönlü stabilizatora,  daha yeni prosessora və daha yaxşı AF sisteminə sahib olan gövdə aynasızların lideri sayıla bilər. Ama bir məsələ var, aynasız sistemə keçənlərin çoxusu, DSLR-lərin ağırlığından yorulanlardır. Aynasız dediyiniz zaman insanın ağlına daha kiçik və daha yüngül sistemlər gəlir. Olympus buna çox yaxşı nümunədir və m4/3 sistem olmasına baxmayaraq, APS-C sistemlərlə yarışacaq keyfiyyətdə şəkil çəkirlər. Sony də bu başlı başına problemdir. A6500 peşəkarların belə rahatlıqla istifadə edə biləcəyi imkanlara sahibdir və buna qarşılıq Sony-nin adam kimi normal bir obyektivi yoxdur. Aynasız  və balaca bir sistemə 2 kiloluq obyektivləri qoşduğunuz zaman aynasiz olmanın bir mənası qalmır. Sony artıq gövdə istehsalını dayandırıb (a6500 və A7 m2, A99 m2 mükəmməl gövdələrdir) artıq aynasızlara layiq kiçik obyektivlər istehsal etməlidir. Sırf bu obyektiv ucbatından Sony markasına isinişə bilmirəm.

Bunun harası kiçikdir. DSLR-dən nə fərqi oldu indi???

Bunun harası kiçikdir. DSLR-dən nə fərqi oldu indi???

 

Olympus EM5 M2 + 17mm (34mm) f1.8

Olympus EM5 M2 + 17mm (34mm) f1.8 – kicik buna deyirlər

Sony obyektiv işinə ciddi yanaşar və aynasızlara uyğun kiçik və keyfiyyətli lenslər buraxarsa, aynasız bazarının bir çoxunu əlində saxlaya bilər. Hərçənd məni də özünə cəlb edə bildi.

Fotokinadan bir neçə yeniliklər:

Olympus OM-D EM1 M2-yi, Sigma ART 12-24 f4-ü, 85mm f1.4 və 500mm F4-ü, Sony A99 m2-ni, Olympus 12-100mm f4 Pro IS, 25mm f1.2 Pro, 30mm f3.5-i, PANASONIC – Lumix GH5-i, Fujifilm GFX 50S-i (orta format) satışa çıxarıldı.

 

 

 

 

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma