Nikon D300S & D7100 qarşı qarşıya.

İnsanın qabağına uğursuz adamlar çıxdığı zaman səni də özü ilə dibə aparır.

Nə isə….
Nikon D7100 fotoaparatım düşdü parçalandı, çox axtarışdan sonra DİVİ şirkəti boyun oldu düzəltməyə, təmir xərci 315 manat. Üst hissənin korpusu dəyişməli idi, sifariş etdilər və dəyişdirdilər, bu da dəyişilən hissə:
IMG_6309 IMG_6310 IMG_6311

Təzəsini quraşdırıblar  yerinə, bunu da verdilər əlimə. Lazımın olar deyə… əslində belə parçaları saxlamaq lazimdir, gələcəkdə bilmək olmaz.  Nikon d7100-ü satmiş olsam nə vaxtsa, alan burda oxuyub görsün ki, ustada olub və detali dəyişdirilib (SAFLIQ) Biznesin qanunlarına zidd gedirəm burda, gərək aldadasan, deyəsən ki, təp-təzədir… (Kapitalizm axmaq bir quruluşdur, insani insanlığından çıxarıb, vəhşi edir)

YADIMA DÜŞMÜŞKƏN:  BÜTÜN ORUCLULARIN  RAMAZAN BAYRAMINI TƏBRİK EDİRƏM,

İndi a dostlar, bu parça dəyişilsədə, fotoaparatda bir problem var, hər şey təzələnib, ama fotoaparat hələ də məndə deyil, 3 dəfə hazırdı desə də DİVİ şirkəti  (pisləmək adına yazmıram sirkəti, bu alətləri gətirib satanların adam kimi bir servisi olmadığını deyirəm, texnalogiyanın bizdə telefondan o yana keçmədiyini deyirəm, adam kimi bir servis yaradın a kişi) yoxladığım zaman arxa və ön təkərlərin diafraqma və pərdə sürətinin dəyərlərini dəyişmədiyin gördüm, yenidən nəsə parça sifariş ediblər, iki həftəyə gələcək, səbr edək baxaq görək düzələcəkmi, ama adamlar işləyirlər həqiqətən. Bu arada DİVİ şirkəti Canonun rəsmi servisidir, yəni nikondan hələ lisenziya almayıblar deyəsən, buna baxmayaraq Nikonu boyunlarına götürməkləri böyük işdir.

Bizim Rafail var, fotoqrafdı özü, əlində Nikon D300s var və mənə çox uyğun qiymətə satır, mən də qalmışam belə, alım, almayım….  Çünki D7100 düzəlməmə ehtimalını gözə almışam, düzəlməzsə d300s-i alacam, ama almamışdan əvvəl d300s nədir, 7100-lə fərqləri nələrdir, bir ona baxmaq istiyirəm.

D7100

D7100

 D300S
D300S
Qaşılaşdırma  – yaşıl rənglər =yüksək,  qırmızı rənglər=aşağı
  • 24.1 milyon piksel APS-C
  • 23.5 x 15.6mm CMOS sensor
  • 3.9µ sensor piksel ölçüsü 
  • 6000 x 4000 şəkil ölçüsü
  • Nikon F obyektiv yuvalari (AF birləşdirici)
  • 35mm də 1.5x kəsmə
  • Expeed 3 Prosessor
  • Toz təmizləmə və sensor təmizləmə imkanı
  • 2 ədəd SD kart yuvası
  • 100% görünüş  verən 5-li PRİZMA
  • 0.94x böyütmə
  • G və D tipli obyektivlərə uyğun
  • 1/3, 1/2, 1 EV-likaddımlarla 1/8000 – 30S uzun çəkmə,
    vaxtlı və X250
  • Saniyədə 6 şəkil, 1.3X modda 7 şəkil çəkəbilmə.
  • 2016 piksel RGB sensor və TTL kadr ölçümü 
  • 100-6400 İSO – 25600 İSO-ya qədər.
  • 51 netləmə nöqtəsi 11 kəsişən, 3D təqib sistemli AF.
  • Daxili flaş
  • 150 000 pərdə ömrü
  • 1920×1080 60fps video
  • 3.2 inç,  1 228 800 piksel ekran
  • 135.5×106.5x76mm həcmli 
  • 675 gram
  • Bir dolu batareya ilə 950 çəkiliş
  • 12.3 milyon piksel APS-C
  • 23.6 x 15.8mm CMOS sensor
  • 5.5µ sensor piksel ölçüsü
  • 4288 x 2848 şəkil ölçüsü
  • Nikon F obyektiv yuvalari (AF birləşdirici)
  • 35mm də 1.5x kəsmə
  • Expeed Prosessor
  • Toz təmizləmə və sensor təmizləmə imkanı
  • 1 ədəd CF, 1 ədəd SD kart yuvası
  • 100% görünüş verən 5-li PRİZMA
  • 0.94x böyütmə
  • G və D tipli obyektivlərə uyğun
  • 1/3, 1/2, 1 EV-likaddımlarla 1/8000 – 30S uzun çəkmə,
    vaxtlı və X250
  • Saniyədə 7 şəkil, bəzi əlavə batareya yuvaları ilə 8 şəkil çəkəbilmə.
  • 1005 piksel RGB sensoru və TTL kadr ölçümü 
  • 200-3200 İSO – 50 – 6400 İSOya qədər
  • 51 netləmə nöqtəsi 11 kəsişən AF sistemi.
  • Daxili flaş
  • 150 000 pərdə ömrü
  • 1280×720 24fps video
  • 3.0 inç,  921 000 piksel ekran.
  • 147x114x74mm (daha böyük) həcmli
  • 938 gram
  • Bir dolu batareya ilə 950 çəkiliş

Fəqrlər təkcə bunlar deyil, Nikon D7100 demək olar ki bir çox imkanlara sahibdir ama D300s -də ondan geridə qalmır, sıralamada d300s professional, d7100 orta səviyyə sayılır, hətta çox adam d300s-i fullframe bilən var. Tutuşunda və rahatlıqda D300s, Nikon D7100-dən on addım öndədir, sadəcə d300s-in ağırlıq məsələsi var. Üst ekranın genişliyi, əl tutulan hissənin rahatçılığı və bir çox digər detallar D300s-i peşəkarlara xas olduğunu hisselətdirir.

D300s 12 mp olsa da piksel dəyəri FF sensorlara yaxındır. 30.5 µm² – D7100 də isə bu dəyər 15.3 µm²-dır. Canon 5d M3-də isə bu dəyər 39.1 µm²-dir. Bu o deməkdir ki, piksel ölçüsü nə qədər böyük olarsa, sensora düşən işıqlar o qədər həqiqi və düzgün olacaqdır. X3_vs_mosaic_new
BAYER sensorlar yaşıl işıq 50%, qırmızı işıq 25% mavi işıq 25% qəbul etdiyi üçün sonradan sensor xəyali bir aldatmaca ilə özündən rənglər uydurub, şəkilə əlavə edir. Buna görədə balaca sensorlarda piksel sayısı nə qədər çox olarsa, bu yalançı piksellərində sayı o qədər çox olur. Sensor üzərində piksellər nə qədər böyükdürsə şəkildə rəng doğruluğu o qədər çoxdur. Orta format sensorlarda piksellər işığı yetərli aldığı üçün rəng oynaması onlarda mümkün deyil. Buna bir nümunə də verim, məsələn düşünün bir boru var və içindən su tökülür yerə, altına ağızı 10 sm olan bir qap qoyursunuz və suyun 1/3-i (30%-i) yerə tökülür çünki bəs etmir, ama altına ağzı 50sm olan bir qab qoyursunuz və bütün suyu içinə doldurursunuz.foveon-vs-conventional Bax sensorda pikseller də belədir. APS-C sensorlara 16mp-dən yuxarı olduğu zaman (18-20-24) burda şəkil çəkmək həm çətinləşir həm də keyfiyyət düşür. Fujifilm bunu yaxşı bildiyi üçün fotoaparatlarında 16mp-in üzərinə çıxmamağı çalışır.

NOT: 
Rəngləri 100% alan sensorlar FOVEON sensorlardır. SİGMA ən çox bundan istifadə edir.

Nəticə olaraq, D300s piksel yarışında D7100-dən öndədir mənə görə.

Nikon D300s-in Expeed sistemi köhnə olduğu üçün (D7100-də expeed 3, D500-də Expeed 5 var) İSO məsələsində bir az geridə qalmaqdadır. 200 ilə 3200 İSO arasında qalan sistem artırmalı 100-6400-ə qədər çıxa bilir. Nikon D7100-də isə 100-6400, artırmalı isə 25600-ə qədərdir. Ama mən 3200 İSO-dan yuxarı şəkil çəkməmişəm. Məsələ ondadır ki, D300s-i əlimdə olmadığı üçün İSO keyfiyyətini də yoxlaya bilmirem. Gərək Rafailə xahiş edəm versin. (əgər bunu oxusa utanib özü gətirəcək – Bax səni məşhur elədim, Rafail)

Nikon-D7100-vs-Nikon-D300-size-comparison

Nikon-D7100-vs-Nikon-D300S-top-view-size-comparison

Nikon D7100-ün müsbət xüsusiyyətləri əlavələr:

  • 24 mp – Yüksək megapiksel – hər nə qədər yüksək megapikselə qarşı olsam da, portret və sair böyük çaplar üçün mütləq lazımdır.
  • Daxili HDR – Dramatik şəkillər üçün D7100-də HDR xüsusiyyəti, sizi bir çox yerdə köməyinizə gəlir. D300s-də bunu 3 fərqli pozlama ilə edib, sonra photoshopda birləşdirməlisən.
  • Videoda avtomatik fokuslama  – Kontast əsaslı
  • Keyfiyyətli video formatı – 1920 x1080 60İ video çəkmək mümkündür
  • Maksimum İSO – 25600
  • Böyük şəkil – 6000×4000
  • Daha yaxşı ekran 3.2 inc 1.2 milyon piksel
  • Daha yüngül
  • Timelaps
  • Daha çox dinamik aralıq – 13.7 EV (D300s – 12.2EV)
  • Daha yeni texnologiya   – 2013 cü il (D300s  2008)
  • AA filtrinin olmaması – Daha kəskin və daha net şəkillər
  • Menulərdə daha çox imkanlar
  • Daha yüngül və kiçik

Nikon D300S-in müsbət xüsusiyyətləri:

  • Daha böyük sensor – D300s in sensoru 2% daha böyükdür
  • Daha böyük piksellər
  • Daha şürətli şəkil çəkmə
  • GPS var
  • Daha yaxşı əl tutuşu
  • Daha böyük ikinci ekran
  • PRO modu

Bütün bunlara baxmayaraq,  alacağım qiymətə baxdığım zaman bu əksikliklər məni bu fotoaparatdan yan keçirmir. Çəkəcəyim şəkillər  bu saytda sərgilənəcəyi üçün 12mp çox da məsələ deyil. D7100-də 24mp-dən 13mp-ə yendirib şəkilləri elə çəkirdim.

NOT: Əgər fotoaparatım düzəlməsə, beş altı nəfər çağırıb, duasını oxudandan sonra benzin töküb yandıracam lensi ilə birlikdə, sonra da videosunu çəkib qoyacam sayta.

Nəticə olaraq, 300 manata D300S əla bir fotoaparatdır, keyfiyyətli bir fotoaparatdir (Rafail özünə Nikon D800 FF aldı, sonra zəng etdi ki, çəkdiyim şəkillərdə heç bir fərq görmədim, bilsəydim almazdım – indi də Nikon D800 + Nikkon 24-70 f2.8 + SB800 Flaşını 3500 manata satır)  Nikon D7100 düzəlsə belə bəlkə yenə aldım, alıb  üzərinə sigma 17-50ni (tamron 24-70 f2.8 vc almaq niyyətim var – satan varsa yazsın), Nikon D7100-ün üzərinə isə tamron 70-200mm f2.8 lensi ilə birlikdə işlədərəm və lens dəyişdirmə dərdindən qurtulmuş olaram…. Dedim…. yadıma bir şey düşdü…. Bu 4-lünu çantaya qoysam 6-8 kg yaxın edir, bunu kim gəzdirəcək…. QORXDU GÖZÜM….

Ən azından alıb, sonra hamısını satıb, Fujifilm XT1+16-55mm f2.8 alaram. Bu da bir variantdır. Nədəndir bilmirəm ama XT1-də gözüm qalıb… Hədiyyə etmək istəyən varsa gəlsin… yada nikonun bütün setləri ilə dəyişə bilərəm…

BAYRAM da bitti…. FRANSİZ XALQI KEF EDİR…

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma