Bulanıq şəkilləri kəskinləşdirmə

12959504_999263190168077_1387870887_o

Bu şəkildə oğlumun sifəti aydın olsaydı, şəkil əla çıxardı, ama masanın yanını fokuslayib – Zenit 122+58mm f/2

Şəkil çəkdin ama evə gələndə baxdın ki, bir çoxu netləməni sən istəyən yerə etməyib və ya şəkildə ümumi bulaniqlılıq var. Bunun bir çox səbəbi var.
1. Netləmə xətası
2. Avtofokus
3. İşıq azlığı  və düzgün pərdə sürəti seçməmək.
4. Əllərin çox əsməsi və İSO-nu az vermək
5. Lensin keyfiyyətsiz olması
6.  və sairələr….

İndi gəldik bunların izahına:
1. Netlmə xətası – Şəkil çəkildiyi zaman netləmənin (əllə netləmədən söhbət gedir) səhv yerə verilməsi. Bu zaman mütləq vizoru gözünüzə uyğun kalibrə edin və optikdən seçə bilmirsinizsə canlı görünüşə keçin. Netləyəcəyiniz nöqtəni böyüdüb daha dəqiq netləyə bilərsiniz. Həmçinin üçayaq istifadə etməkdə fayda var.
2. Avtofokus – Avtofokus hər nə qədər işə yarasa da bir çox halda səhv edə bilir.  Misal: Nikond D7100-də 51 AF (15 Crosstype) nöqtəsi var, Nikon D500-də 153 AF (99 Crosstype) var, rəqəmlərə baxan qane olar ama təcrübədə bu belə deyil.  Netləmə nöqtəsi nə qədər çoxdursa hərəkətsiz mövzuları çəkərkən, AF sizin istədiyi yerə deyil, kontrastlıq harda çoxdursa ora yönəlir. Bunun üçün əllə fokuslamağa alışmaq lazmdır. Ya da tək nöqtə seçib, ancaq istədiyiniz yeri fokuslayacaqsan.
3. İşığın az olduğu vəziyyətlərdə pərdə sürətini düzgün seçməsən əgər, (mis, axşam vaxtı  1/10) titrəmə nəticəsində şəkillərin bulanıq alınacaq. Əllə çəkiliş zamanı 1/60-1/30 saniyənin altına düşməməyə çalışın.
4. Əldə şəkil çəkirsən və işıq azdır, pərdə sürətin 1/60-a endirmisən, ama yenə də şəkillər qaranlıq alınır. Deyək ki, diafragmanı endirdin 2.8, yenə alınmadı. Bax burada İSO işə yarıyır. Elektornik işıq sayılan İSO-nu işığın az olduğu şəraitlərdə qaldırmaqdan qorxmayin. Yeni fotoaparatlarda artıq 6400İSO normal şəkillər verir. İSO çox olsa belə, bunu proqramlarla düzəldilməsi mümkündür. Bulanıq şəkillərdənsə, ki heç bir işə yaramayacaq, İSO-su yüksək şəkillər olsun əlində.
5. Bəzi lenslər var ki, kənarlara doğru getdikşə kəskinlik azalır və əgər netləmə nöqtəniz bu kənar hissəyə düşərsə, şəkliniz  yenə bulanıq alınacaqdır.

İndi bir iki bulanıq şəkil tapım və photoshopda necə düzəldə bilərəm ona baxaq.

1-orjinal

Nailin şəklini tapmışam, Bir də mən çəkmişəm… Ayıb ayıb…:D

1-ci Yol – AĞILLI  KƏSKİNLƏŞDİRMƏ.

– Şəkli Photoshop CS5 programında (program məndə ingilis dilindədir) açırıq –  View  – Actual Pixel (Ctrl+1) vururuq və şəkilin həqiqi ölçülərinə gətirib bulanıqlı olub olmadığını yoxlayırıq.
– Filter menüsündən Sharpen  – Smart Sharpen açırıq. smart sharpen– Açılan pəncərədən Amount və Radius  dəyərlərini artırıb-azaldaraq gözünə ən xoş gələn formada saxlayirsan. Burada Amount kəskinliyi, Radius isə şəkildəki piksellərə təsirini göstərir. Radius dəyərini artırdıqca daha çox pikselə təsir edir.  Bu səbəbdən Radius dəyərini həddindən artıq versək, şəkil çirkinləşməyə doğru gedəcəkdir.
smart sharpen 2

2-ci Yol- High PASS Kəskinləşdirmə.
– Photoshop programında şəkli açdıqdan sonra Layer bölməsindən şəklin üzərin sağ düyməni vurub, açılan menüdən  Duplicate Layer-lə şəklin kopyasını alırıq.
hp1 – Filter menüsündən  – Other – High Pass seçirik.
hp2– Açılan pəncərədən Radius bölməsinə 3-10 arasında bir rəqəm yazıb OK vururuq.
hp3

– Daha sonra activ layer seçili ikən qarışdırıcıdan Hard Light-i seçirik və Fill dəyərini 20-30% arasında bir rəqəm veririk. 
hp4
 Alınan nəticə isə:
2-orjinal

Bütün bunların daha qarışıq yolları var ama ilkin olaraq bunları bilsəniz, bir çox şəklinizi silməkdən qurtara bilərsiniz.  Verdiyim dəyərlər sırf bu şəkil üçün idi, fərli şəkillərdə nisbətən dəyişəcək bu rəqəmlər.
High Pass filtri portret çəkənlər daha çox istifadə edir, nisbətən Smart Sharpen-dan daha az noise və çirkinlik yaradır.

 

 

 

Bulanıq şəkilləri kəskinləşdirmə” üzərinə bir şərh

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma