Sigma 17-50mm f2.8 və Tamron 70-200mm f2.8…

13227728_947237832060934_5840850215701893806_o

Bizim hər şeyə maraqlı, oxumayan, başını elmə və biliyə yormayan, heç nəyin nəzəriyyəsini oxumadan qulaqdan dolma məlumatlarla əlindəki fotoaparat və lenslərin dəyərini bilməyən, davamlı gözü başqalarının aparatlarında olan ZAT-lara səslənirəm: əlinizdəki ən axmaq lenslə, fotoaparatla ən yaxşı şəkil çəkmək üçün özünüzü zorlayin, biliyinizi artırın, təkrar təkrar çəkin, boş verin kiminsə əlində Canon 24-105 var, Nikon 24-70 var, ən yaxşı telefoto Canon 70-200mm…. falan filan fso…. Sənin əlində nə var? 18-55 mi? İnan mənə, ən yaxşı lensdir Sizin üçün. Əlində Canon 7D+50mm f1.8 seti olan adam bunları bəyənmir, nə üçün bilirsinizmi? Venetka şəkilləri üçün…. Dostum, venetka şəkli A4 formatında, 210 × 297 =0.6 megapiksel, sənin fotoaparatın 5184×3456 = 18 megapiksel, nəyinə bəs deyil? Çək getsin…

Bəzi qruplarda da marka xəstəliyi var, misal üçün Nikon və Canon lenslər hamının gözündə ən yaxşıdır, gəlin baxaq, Nikon 17-55mm f2.8  lens forma, ağırlıq  və möhkəmliyi səbəbi ilə digər 17-50mm lenslərdən öndə görülür, ama istər istifadə, istərsə də kəskinlik və texniki dəyərlər baximindan Sigma 17-50mm f2.8  və Tamron 17-50mm f2.8, Nikon 17-55mm f2.8-dən daha öndədir. Ən inandığınız DXOMARK saytından sizə nümunə:
Untitled-1

Şəkildən də göründüyü kimi, Sigma 17-50mm f2.8 hamısından 1 addım öndədir. Yəni bilinənin əksinə, Nikon 17-55mm f2.8 digərlərindən öndə deyil, əksinə geridədir. Şəxsi istifadəmdə Nikon 17-55mm f2.8-in netlmə və zoom halqasının bir az əziyyətli olduğunu, ayrıca 17mm-də  bükülmə gözlə görüləcək qədər olduğunu gördüm.

Gəldik bu lenslərin qiymət məsələsinə:

Untitled-1555as

Gəl baxaq, 319 dollar verib daha yaxşı bir lens almaq, yoxsa 1339 dollar verib həm çox köhnə və CA problemi olan lens almaq yaxşıdır? Qulaqdan eşitməklə iş görməyin, bir az araşdırın və oxuyun…

Gəldik, 70-200mm f2.8 lenslərə…
Bu kateqoriyada ən yaxşı lens Canonun 2-ci seriyasıdır. Bu mübahisəsiz belədir. Ama Nikon işlədənlər üçün yazıram, Nikon 70-200mm f2.8 lensi ala bilmirsinizsə ən yaxşı seçim Tamron 70-200mm f2.8-dir. Sigma, Tokina kimi markalardan daha yaxşıdır.
70-200all

Eeee…. Baxın… Eyni fotoaparat və fərqli lenslər… Tamron 33, Sigma 27, Nikon 27 dəyəri almışdır. Mən kağız üstündə olan dəyərlərlə iş görməyi sevmərəm ama başqa cür test etmək üçün laboratoriya olmadiği üçün ancaq belə populyar saytların verdiyi dəyərləri Sizin üçün paylaşıram.

Bir də Matt Grangerin hazırladığı videoya baxın:

Bir də bunların qiymətlərinə baxaq:

8979879

Yəni demək istədiyim, kiminsə əlində 3-cü firmaların lenslərini gördüyünüz zaman bilib-bilmədən agız büzməyin…

500px -də  70-200mm f2.8 ilə çəkilən şəkillərdən nümunələr: (şəkilləri ekrandan kəsib götürdüyüm üçün çəkən müəlliflərin adını yaza bilmədim, inciməsinlər)

Bir də burdaki yazıda Tamron 70-200mm f2.8burdakı yazıda da Sigma 17-50mm f2.8 lenslərin haqqında geniş yazmışam.

Pulunuzu boş-boş şeylərə verməyin və əlinizdəkilərin qiymətini bilib ən yaxşısını çəkməyə çalışın.

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma