Fotoqrafiya tarixi

İlk foto - Joseph Nicephore Niepce 1827-ci il.

İlk foto – Joseph Nicephore Niepce 1827-ci il. HALİOGRAPH (=Foto)

 

timthumbM.Ə. 4-cü yüzillikdə Aristotel, mağaradakı bir deşikdən içəri girən işığın divarda tərsinə şəkil əmələ gətirdiyini görər. 1490-ci ildə LEONARDO DA VİNCİ-nin qeydlərində şəkildə prespektif üçün qaranlıq otaqdan istifadə etmə fikrini ortaya qoyar.

1500-ci ildə CAMERA OBSCURA tapılır.  Bu tapıntıya DANİELLO BARBERO-nun 1568-ci ildə bir diafragma mexanizması və GİRALAMO CARDANO-nun incə kənarlı bir lens (mərcək) əlavə etməsi ilə optik və mexanik cəhətdən ilk fotoaparat hazırlanmış olur.vintage-camera-obscura

17-18-ci yüzilliklərdə CAMERA OBSCURA həcmi kiçildilir və daşımaq asanlaşır. Alman elm xadimi JOHANN ZAHN 1776-cı ildə portret şəkillər çəkə bilmək üçün əldə daşınması mümkün olan CAMERA OBSCURA-ni yenidən istehsal edir. Bu sistemdə, qutu içərisinə yerləşdirilmiş irəli geri hərəkət edə bilən, netləmə edə bilən, bir lens sistemi, içəri girən işığın şiddətini tənzimləyəbilən bir deşik və gələn görüntünün istiqamətini dəyişən bir ayna var idi.esh3842_7

Deşikdən gələn görüntü qutunun yuxarisinda olan şüşə üzərinə yerləşdirilmiş yağlı kağızın üzərinə düşürdü. Bu sistemlə tək obyektivli refleks fotoaparatların təməli qoyulmuş oldu.

İşığa həssas kimyəvi maddələr ilə işləməyi CRİSTOPH ADOLF  BOLDVVİN (1674) həyata keçirdi. Kəşfi sadə dildə Fosfor olan işıq daşıyıcı idi.

17-ci yüz illikdə ANGELO SALA `Toz halında gümüş nitratı günəş şüaları altına buraxıldığı zaman qaralır` fikrini ortaya qoydu.

1727-ci ildə JOHANN HEİNRİCH SCHULZE Baldvvinin təcrübələrini izləyər. SCHPOPHORS adlı mayeni kəşf edər, Bu bir kalsiyum oksid və nitrat qarışığıdır. Kağıza, dərilərə oyulmuş naxışlarla gümüş nitrat doldurulmuş şüşələri, günəş altında buraxdığı zaman həssas səthlərin üzərinə iz buraxdığını gördü. 1802-ci ildə ingilis THOMAS VVEDGVVOOD gümüş nitrata hopdurulmuş ağ kağız və dərilər üzərində təcrübə aparar. Camera Obscura ilə çox solğun görüntülər ala bilirdi ancaq görüntüləri dəqiqləşdirə bilmirdi.

69082-004-84D734DD1816-cı ildə JOSEPH NİEPCE  lakla şəffaflaşdırdığı bir kağızda yaranan şəkilləri qalay lövhə üzərinə köçürməyi bacarmiş və istifadə etdiyi kimyəvi maddələr ilə təcrübələrinə davam etmişdir. 1824-cü ildə Camera Obscura ilə  balkonundan görünən mənzərəni 8 saatlıq çəkiliş ilə evinin divarına həkk edər. Bu gün o divar NEVV YORK Kodak müzeyində  saxlanmaqdadır.

1827-ci ildə JACQUES LOUİS DAGUERRE-dən NİEPCE məktub gəlir. Oxşar işlər gördüklərini və əlaqə yaratmaq və işlərini bərabər davam etdirmək istəyində olduğunu bildirir. Niepce 64 yaşında ARİSTOKRAT, Deguerre 42 yaşında orta sinifin nümayəndəsi.  Uzun danışıqlardan sonra 1829-cu ildə şərik olarlar və 4 il ayrı şəkildə işləyib bir-birlərini məlumatlandırırlar. Gümüş İyodur üzərində işləyirdilər. 1833-cü ildə Niepce ölür, 1939-cu ildə Daguerre kəşfini Fransa Elmlər Akademiyasına təqdim edər. Təqdimatı Deguerrenin bir dostu edər və 7 ay sonra onlara maaş kəsilər. Daguerrenin kəşfi bundan ibarət idi:
– Mis lövhə gümüş ilə üzlənir, gümüş tərəfi iyot buxarına tutulur və gümüş iyodur əmələ gəlir. Sonra lövhə Camera Obscura içərisinə yerləşdirilir və çəkilişdən sonra qaranlıq otaqda civə buxarına tutulur. Gümüşlər silinir və mis lövhə üzərində şəkil meydana gəlir.
Deguerrenin bu kəşfi ilə çəkilən şəklin çoxaldılması mümkün deyildi.  Bundan başqa civə insan sağlığına zərərli olduğu üçün çox da məqbul sayılmırdı. Ancaq bu şəkil 19 avqust 1839-cu ildə Fransa Elmlər Akademiyasından ARAGO tərəfindən bütün dünyaya elan edildi. Daguerre kəşfini elan edən zaman varlı sinfinin əyləncəsi kimi təqdim edirdi. Artıq hər bir aristokrat evinin və ya qonaqlarının şəklini rəssamla yox, Daguerretype ilə çəkəcəkdi. Bir çox sənət adamı buna qarşı çıxmış və sənətkarlığın məhvinin başlanğıcı kimi qiymətləndirilmişdi.

4a91f414690430bbec1c53cc2b03fedb

25 yanvar 1839-cu ildə VVİLLİAM HENRY FOX TALBOT, Krallıq İnstutuna TALBOTYPE formasını təqdim etdi. Talbot, gümüş nitrat kağızları üzərinə hopdurulmuş bir maye ilə HYPO-nu kəşf edir. Dəniz suyuna və sonra gümüş nitrata batırılan ağ kağız işığa həssas hala gətirildikdən sonra üzərinə mərcəkdən görüntü verərək, dünyanın ilk şəklini əldə edər.

Kiçik kameralar istehsal edər və 1842-ci ildə ilk laboratoriyasını qurar.Talbotun işlərinə köməklik edən SR JOHN HERSCHEL bu gün lent yumaq üçün istifadə edilən Sodyum Hypo Sulfiliti kəşf edir.

Şəklin altındakı yazıya diqqət

Şəklin altındakı yazıya diqqət

1840-cı ildə SİR JOHN HERSCHEL, Gizli görüntü+Yüksəltmə = CALOTYPE pərdə sürəti insan şəkilləri çəkə biləcək qədər qısaldı. Calotype hər şeyin görünəbilməsinə imkan verən kəşf idi. 1847-ci ildə NİEPCE-nin qardaşı oğlu ABEL NİEPCE de SAİNT VİCTOR, yumurtanın ağını iyotla birləşdirib albüminli (insan qanında olan bir maddə) şüşə neqativ əldə edir. Ancaq bu lövhə işığa həssaslığı lazımi səviyyədə olmur.
1850-ci ildə ingilis FREDERİCK SCOTT ARCHER, VVET-COLLODİON-u kəşf edər. Selfirik nitrat və spirt qarışımından olan yapışqan maddə ilə üzlənən şüşə listlər çəkilən şəkillərdə hər nə qədər net görüntü yaratsa da, şüşə listlər quruduqca görüntülər silinir və listlərin işığa həssaslığı azalırdı.
1871-ci ildə RİCARD MADDOX ilk dəfə quru neqativ şüşə əldə etdi.Çəkiliş vaxti 1/25 sn qədər enmişdi.
kod21880-ci ildə GEORGE EASTMAN gümüş bromeri jelatin üzərinə tətbiq edərək DRY PLATE – quru listi kəşf edir. 1884-cü ildə EASTMAN DRY PLATE COMPANY firmasını qurur və əsas məqsədləri düz lövhələrdən azad olub büküləbilən lentalar hazırlamaq idi.1885-ci ildə AMERİKAN FİLM C.O. nu yaradır. Bu şirkət kağız üzərində film çəkirdilər. (Multfilim kimi – kağızın səhifələrini sürətlə çevirdiyin zaman fiqurlar hərəkət edirdi) 1885-ci ildə 100 filmlik ilk həvəskar kamerani kəşf edirlər və 1888-ci ildə KODAK firmasını qururlar.

Obyektiv və Alətlərin İnkişafı

Qeydlərə görə ilk optik firma 1756-cı ildə Viyanada JOHANN CRİSTOPH VOİGHTLANDER tərəfindən qurulub. 1868-ci ildə Viyanada açılan digər şirkət VOİGHLANDE ilkin lenslər və daha sonra fotoaparatlar istehsal etməyə başladı ancaq 1965-ci ildə ZEİSS-İKON tərəfindən ələ keçirildi.
Fotoaparatın kəşf edildiyi illərdə  Parisdə çox yaxşı bir optik firma vardı. Bunlar DEROGY və HERMAGİSTdir. Ancaq ən əhəmiyyətlisi, Daguerrenin dostu olan Chevallerdir. O Daguerrenin sifarişlərini hazırlayırdı.

1854-cü ildə Parisli fotoqraf Adolph Eugeni Disder, portret çəkilişini asanlaşdırmaq üçün 6.5×8.5 inç ölçülərində hər biri ayrı-ayrı tənzimlənəbilən çox lensli fotoaparat hazırlamışdı. Bu fotoaparatı Krim müharibəsində istifadə etmiş ama çəkilən şəkillər İngilis xalqına təhqir sayıldığı üçün yayılmasına icazə  verilməmişdir.

1907-ci ildə Fransiz LMİERE qardaşları ilk praktik rəngli fotoqraf şüşə listləri olan AUTOCROME tanıtdırdılar. Autocrome böyük bir sürətlə məşhurlaşdı və istifadəsi artdı. National Geographic Socety kitabxanasında təxminən 15000 ədəd şüşə təbəqə vardır.

 

 

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma