Şəkillərin saxlanması və qablaşdırılması (!!!)

Hər bir fotoqrafçının problemlərindən biri də şəkilləri saxlamaqdır. Bu şəkilləri təkrar istifadə etmə imkanı olub olmamasından asılı olmayaraq çox adam çəkdiyi şəkili silməz.
Nikon D7100 24mp olduğu üçün çəkilən şəkillər 10-16 mb arasında olur. Bu şəkillərdən minlərlə var və düşünün ki, komputerdə problem olanda köçürmək lazım gəlir. Mən bütün şəkillərin həm RAVV, həm də JPEG dosyalarını saxlayiram. Xam şəkil varsa əlimdə, JPEG dosyasını 6000×4000 ölçü ilə saxlamağın mənası yoxdur.
size

Bütün JPEGləri toplu qətliam ilə ən böyük tərəfi 1500 olacaq şəkildə dəyişdirdim. 15MB JPEG 250 KB düşdü. Bunu etmək üçün aşağıdakı addımları təqib edin.

  • İnternetdən PIXresizer programını yendirib, komputerinizə yükləyin. Yükləmə əməliyyatı çox sadədir. Extra heç nə istəmir. Programin istifadəsi də pulsuzdur.
  • Daha sonra programı açırıq.
    pix
  • Program iki ana başlıqdan ibarətdir. Tək tək və toplu şəkildə işləmək. Bizə lazim olan 2-ci başlıqdır. Work with multiple files (çoxlu dosyalarla işləmək).
  • Source bölümündən dəyişəcəyiniz papqanın adını secirik  – əgər o papkanın altında da əlavə papqalar varsa və onların da dəyişməyini istəyiriksə Subfolers (alt papqalar) yerinə işarə qoyuruq.
  • Destination dəyişiləcək şəkillərin kopyalanacağı yeri seçirsiniz. Yeni papqa açıb ora yazdırmağınız məsləhətdir. Yox əgər eyni papqa içərisinə yazmaq istəyirsinizsə  Copy Directory Structure yerinə işarə qoyun.
  • Select nevv size  bölümündə şəkillərin hansı ölçüyə salmaq istəyisinizsə, mavi rəngli işarəni sağa sola  sürüşdürməklə 1501 yazılan rəqəmi artırıb azaldırsınız. Bu şəklin ən böyük kənarını verdiyiniz ölçüyə gətirəcəyini göstərir.
  • Select file format bölümündə də şəkillərin hansı tipə çevirmək istəmənizdən asılı olaraq sizə formatlar  verir. Biz JPEG saxlayib davam edirik.
  • Save Picture bölümündə də  dəyişiləcək dosya sayisini və prosesin özünü göstərməkdədir. Save Picture düyməsinə vurduğunuz anda şəkilləri çevirməyə başlayır.

Sizin üçün bir video da hazırladım. Keyfiyyətli mikrafonum olmadığı üçün səs yaza bilmirəm hələlik. Normla mikrafonla mənim səsimdən çox maşınların səsini eşidəcəksiniz.

Bir çox hallarda fotoaparatın menusundan  image size-i 6mp qədər salıram.  Çünki RAVV-lar 24 mp (6000*4000) ölçüsü dəyişmir və ehtiyacım olanda burdan keyfiyyətli şəkil çəkə bilərəm, ama iş JPEG-ə gəldikdə  proses dəyişir.
Belə düşünün: (APS-C sensor və daha aşağısı olanlar  üçün bu keçərlidir)
Fotoaparatın sensoru APS-C və 24 mp-dir. Yəni balaca sensora 24 milyon pikseli sığışması fotoqrafçı üçün başlı başına bir problemdir.   Nikon D7100/7200 24mp və Canon 70D/80D Dual Pixel… (Dual Pixel sensorlar ilə əldə Zoom lens taxib şəkil çəkmək çətin məsələdir – 70% netlik qaçır) Nikon D7100-də üç olçü var, Large (24mp) Medium (13mp) Small (6mp). Mən çox vaxt Small rejimdə şəkillərimi çəkirəm və nəticədən də razıyam. Nəticədə çəkilən şəkilləri ya internetdə paylaşıram (saytda) ya da a4 formatında çap edirəm.  Komputer ekranlarinin 2mp olduğunu nəzərə alsaq (1920*1080 = 2 073 600 pixel) 24 mp şəkil daha netsiz və boz görünər. 6mp-də şəkil çəkmək texniki olaraq, sensor üzərində 16 ədəd pikseli birləşdirib bir piksel kimi istifadə edirsiniz ( Nikon d7100-də 1 pikselin ölçüsü=15.3 µm², Canon 70D-də  isə 16.9 µm²-dur. Pikselin böyük olması daha yaxşıdır). Bu Sizə 2 şey qazandırır: 1. Yaddaşdan qənaət, 2. Yüksək İSO-larda daha az NOİSE (qumlanma).

Bu da nümunə.

ARC_9765 - 1033-1550ARC_9765 - 6000-4000

Soldaki 1033×1550 piksel (kiçildilmiş)
Sağdakı 4000×6000 piksel (orjinalı)

Fərq görə bilirsiniz?

Böyük halı üçün üzərinə vurun.

 

 

 

 

 

Hələlik bu qədər.

 

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma