Azərbaycan Fotoqrafları

Əzizbala Hacıyev

 

HəyatıƏzizbala_Hacıyev

Ə. Hacıyev 1895 –ci ildə Təbrizdə doğulmuşdur. Anası Səkinə xanım həmin vaxt qohumlarının toy mərasimində iştirak etmək üçün Təbrizdə idi. Təbrizdə dünyaya gəlməsi də sonralar onun Sovet dövlətitərəfindən repressiya olunması üçün bir əsas olacaqdı. Onun atası Məmmədəli Hacıyev əslən Qubadan idi. M.Hacıyev silah satışı ilə məşğul olurdu. Anası Səkinə xanım isə ipək və məxmər üzərində tikmə işi ilə tanınırdı. Ailə Bakıda Aşağı Dağlı məhəlləsində ( Nijni Naqornıda ) ata-baba mülkündə yaşayırdı. Əzizbalanı atasının ölümündən sonra ailənin yaxın qohumu , milyonçu Hacınski himayə etmişdir. Əzizbala Hacıyev Bakı milyonçularından Ağa Rəsulovun qızı ilə ailə həyatı qurmuş və bu nikahdan 4 övladı doğulmuşdur. Bəyimxanım ailənin ilk övladı olmuşdur. Ailənin ən kiçik uşağı olan Zümrüd isə Böyük Vətən müharibəsi illərində təxminən 3-4 yaşlarında yeməkdən zəhərlənərək ölmüş , Paşa və Loğman isə daha sonralar dünyalarını dəyişmişlər.

Ə.Hacıyev Hacınskinin oğlanları ilə birlikdə kişi gimnaziyasını oxuyub bitirmişdir. Riyaziyyat fənnini yaxşı bildiyinə görə başqalarından fərqlənirdi. Gimnaziyanı bitirdikdən sonra o, Hacınskinin Bayıl qəsəbəsində şəxsi mülkləri icarəyə verən idarəsində işləməyə başlamışdır. Ə. Hacıyev sovet hakimiyyəti qurulduqdan sonra peşəkar fotoqrafiya ilə məşğul olmağa başlamışdır. Qeyd etmək lazımdır ki, bu sənətlə məşğul olmaq üçün şəhər qubernatorunun xüsusi icazə sənədi olmalı idi. XX əsrin əvvəllərində neft Bakısında foto işi ilə əsasən yəhudilər, ruslar və ermənilər məşğul olurdu. O zamanlar Bakıda ilk fotostudiya Bazar küçəsində ( indiki Azərbaycan prospekti ) yerləşirdi. Əzizbala da əvvəlcə burada fotoqraflar artelində çalışırdı.

Fotostudiya

Fotoqrafiyaya sonsuz həvəsi və marağı olduğu üçün öz şəxsi fotostudiyasını açmaq qərarına gəlir və bu məqsədlə Bayıl qəsəbəsində yer götürərək fotostudiyanı aça bilir. Əsrin əvvəllərində çoxmillətli Bakıda azərbaycanlı bir gəncin fotoqrafıya ilə məşğul olması ,üstəlik studiya açması həmin dövr üçün çox cürətli bir addım hesab olunmalıdır. Fotostudiyada Əzizbala müəllim həm işləyir, həm də ailəsi ilə birlikdə yaşayırdı. Fotostudiya üçün lazım olan bütün avadanlıqları, hər cür xırdalığı da daxil olmaqla, o, Almaniyadan sifariş edib gətizdirirdi. Yüksək keyfiyyətli şəkil çıxarmaqdan ötrü foto sənəti üçün lazım olan bütün texniki vasitələrin, o zaman üçün texniki yeniliklər hesab edilən bu dəyərli avadanlıqların qiyməti də baha idi. Üstəlik onların Almaniyadan Bakıya gətirilməsi də çox xərc tələb edirdi. Həmin dövrdə foto sahəsində ən dəbdə olan bir mövzu portret mövzusu idi. Buna görə də fotostudiyanın divarları boyunca bir çox müxtəlif yaş və təbəqələrdən olan adamların portretləri asılardı.

Repressiya

Ə.Hacıyevin sənəti ilə bağlı olaraq çoxlu dost və tanışı var idi. Onun ən yaxın dostlarından biri Hüseyn Cavid idi. H.Cavid yenicə çapdan çıxmış əsərlərinin tam külliyyatının bir nüsxəsini ona hədiyyə etmişdi. Çox güman ki, bu hədiyyə də fotoqrafa çox baha başa gəldi.Stalinin şəxsiyyətinə pərəstiş dövrünün ab-havası bu ailədən də yan keçmədi. 1937 –ci il repressiya qurbanlarının siyahısına daha bir ad əlavə olundu.

Onu həbsə atdıran bir erməni fotoqrafı oldu. Həmin bu erməninin fotostudiyası Ə. Hacıyevin iş yerinin yaxınlığında yerləşirdi. Gecə saat 3-də evlərindəki axtarışdan sonra atasının NKVD-nin həbsxanasına salınması bu ailənin sonrakı faciələrinin başlanğıcı oldu. Axtarış zamanı heç bir şey tapılmasa da , azərbaycanlı fotoqrafı məhkum etməkdən ötrü onun “canfəşanları” öz qüvvələrini əsirgəmədilər. H.Cavidin hədiyyə etdiyi kitabları isə axtarışa qədər Səkinə xanım həyətdəki təndirə atıb yandırmışdı. Azərbaycanlı fotoqrafa ,Sibirə sürgün edilməklə , 5 il həbs cəzası kəsildi. O, İranla əlaqəsinə, qaçaqmalçılığa, H. Cavidlə dostluq etdiyinə görə ittiham olundu. Üstəlik onun bütün əmlakı müsadirə olundu ,studiyası isə dağıdıldı.

Sonralar Hüseyn Cavidlə bağlı Əzizbala Hacıyevin dediklərindən: “Həbsxanada mən H.Cavidlə bir kamerada idim. O, məndən qələm istədi. Xoşbəxtlikdən üstümdə qələm var idi, ancaq qələm olsa da, kağız yox idi. Onda H.Cavid şeiri balışın üstündə yazmağa başladı.” Sibirə sürgünə göndərilməsini isə fotoqraf belə xatırlayırdı: “Məni ağır cinayətlər törətmiş məhbuslar ( avtoritetlər ) olan bir yük vaqonuna mindirdilər. Vaqonda çox soyuq idi, hər yerdən külək vururdu. Onlar vaqonda olan digər məhbusların pal–paltarlarını əllərindən alıb geyinirdilər, hərdən isə bu məhbuslardan bəzilərini öldürüb, vaqon gedə-gedə döşəməsinin taxtalarını aralayıb meyitləri oradan atırdılar. Mənə isə nədənsə toxunmurdular. Nəhayət, bir müddətdən sonra onlardan biri mənə yaxınlaşdı və soruşdu: “Siz məni xatırlayırsınızmı? Mən sizi tanıyıram, siz fotoqrafsınız. Bayılda studiyada şəkil çəkdirmişəm. Şəklimi çox gözəl çəkmişdiniz. Məhz həmin adamın sayəsində mən sağ qala bildim”.

Arxangelskdə sürgündə olarkən Əzizbala müəllimin, necə deyərlər, “bəxti gətirdi”. Zona naçalnikinə fotoqraf lazım idi. Azərbaycanlı fotoqraf sənədlər üçün məhbusların şəkillərini çəkirdi. Əslində, sevdiyi peşəsi onu ölümdən belə qurtardı. Sürgün illərində məhbusun adına verilmiş sənədlərdən aydınlaşdırdıq ki, o, Arxangelsk vilayətində Oneqlaq adlı yerdə cəza çəkmişdir. Çox güman ki, həmin yer qəsəbə olmuşdur. Vətənə döndükdən sonra o dövrün qayda-qanununa görə ona 6 il Bakıda yaşamaq qadağan edildi. ƏvvəlcəGədəbəydə geoloji-kəşfiyyat işi ilə məşğul olan tanışı Səttar Süleymanovun yanında işləyir. S. Süleymanov Zaqatalaya göndəriləndə Ə.Hacıyev də onunla birlikdə burada işləməyə gedir. Repressiya qurbanı olmuş digər məhbuslar kimi Əzizbala müəllim də sürgündən tamam başqa bir adam kimi qayıdır. Əzab-əziyyətlər çəkmiş, həyatdan küsmüş Ə. Hacıyev bir daha öz sevimli sənətinə qayıda bilmir. Bakıya döndükdən sonra bir müddət mənzil-istismar idarələrindən birində müdir vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının 1920-1937-ci illərdə fəaliyyət göstərmiş ilk fotoqrafı Əzizbala Hacıyev 1973-cü ildə vəfat etmişdir.

Video1 / Video2 / Video 3

Mircavad Axundzadə

Mircavad_AxundzadeHəyatı

Mircavad Axundzadə 1909-cu ildə Bakının Maştağa qəsəbəsində anadan olub. Kiçik yaşlarından fotoya həvəs göstərən Mircavad Axundzadə şəhərdə mətbəədə işləyən atasının yanına tez-tez gedərmiş. Burada Lifşits soyadlı bir alman uşağın marağını görüb ona fotoaparat bağışlayıb və Mircavad 9 yaşında (1918-ci ildə) ermənilərə qarşı vuruşan bir qrup silahlı maştağalının şəklini çəkib. Məşhur fotoqrafın şəkilləri və neqativləri hazırda arxivlərdə qorunur. Mircavad Axundzadə haqqında Şamil Nəcəfzadənin rejissorluğu ilə “Ağ-qara dünya” sənədli filmi də çəkilib

 

 

 

Faiq Rəcəbli

Faiq_RəcəbliHəyatı

Faiq Rəcəbli 1923-cü ildə Gəncə şəhərində anadan olub. Hər şey atasının Faiqin şagird olan vaxtlarında fotoaparat bağışlaması ilə başlayıb. Başlanğıcda həvəskar kimi çəksədə, ama vaxt keçdikcə bu bir xobbiyə çevrilib.

Uşaqlıq illərindən etibarən idmana maraq göstərən F.Rəcəbli orta məktəbi bitirdikdən sonra əvvəlcə texnikumda oxuyur. Daha sonra isə Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olur və 1954-cü ildə oranı bitirir. O, idmançı kimi fəaliyyət göstərməsə də, idmandan da kənarda qalmır. Belə ki, o, institutu bitirdikdən sonra idman sahəsi üzrə fotoqraf işləməyə başlayıb. F.Rəcəbli “Sovet idmanı” qəzetininAzərbaycan üzrə xüsusi müxbiri, SSRİ jurnalistlər birliyinin üzvü olub.

Qeyd edək ki, Faiq Rəcəblinin şəxsi arxivində fotoqraf kimi çalışdığı 60 il ərzində 100 mindən artıq orijinal şəkil yığılıb.

Tanınmış idman fotoqrafı Faiq Rəcəbli 2012-ci ildə 89 yaşında uzunsürən xəstəlikdən vəfat edib.

Kamal Babayev

Kamal_Babayev
Həyatı

Kamal Babayev 3 iyun 1927-ci il Bakıda anadan olub. 1953-cü ildən “Pioner” jurnalında fotomüxbir kimi fəaliyyət göstərib. Həmin ildən Azərbaycan Dövlət İncəsənət Muzeyində ştatdankənar çalışıb, 1959-cu ildən bu muzeyin əməkdaşı olub və bu günə kimi muzeyin fotoqrafı kimi işləyir.

XX əsrin 50-ci illərdə “Gənc texniklər” mərkəzində fotoqrafiya dərnəklərini aparır və bu vaxt foto həvəskarları üçün azərbaycan dilində dörd kitabça-vəsait çapdan çıxır. Sonrakı illərdə müxtəlif qəzet və jurnallarla əməkdaşlıq edərək Azərbaycanın keçmişi, memarlıq abidələri, incəsənəti ilə tanış edib. 1962-ci ildə mətbuatda fəal iştirak etdiyinə görə Fəxri fərmana layiq görülür. 1986-cı ildə İsveçdə keçirilmiş fotomüsabiqədə diplomla mükafatlanır. 1987-ci ildə SSRİ-də çıxan “Nauka i jizn” jurnalının mükafatını alır – 3-cü yer tutaraq “Kiyev” fotoaparatı ilə hədiyyələnir. Həmən jurnalda 3 məqaləsi dərc olunur. 1988-ci ildə “Sovetskoe foto” jurnalının 1-ci mükafatla 1-ci yerin qalibi olur.

1990-cı illərdə Moskvada çıxan “Panorama Azərbaycana” qəzeti ilə əməkdaşlıq edir, fotoşəkil və məqalələri dərc olunur. Həmən illərdə Rusiyanın Kamişin şəhərində keçirilmiş “Master i Marqarita” müsabiqəsinin və “Serdse” müsabiqəsinin diplomlarını alır. 1995-ci ildə fransanın Nant şəhərində açılmış “Azərbaycan fotoqraflarının əsərləri” sərgisində bir neçə əsəri ilə çıxış edib. “Azərbaycan Elmlər Akademiyası” fotoalbomunun müəllifidir.

Bakı Dövlət Universitetini bitirib. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.

 

 

Akif Ağayev

Haci-Akif-AgayevHəyatı

Akif Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə, orta məktəbi bitirdikdən sonra o M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsinə daxil olmuşdur. Axırıncı kursda oxuyarkən “Bakı” qəzetində ştatdankənar fotomüxbir kimi çalışmışdır. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə o “Bakı” qəzetinin “Mədəniyyət və İncəsənət” şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Bu qəzetin ən populyar rubrikalarından biri olan “Axtarışlar və tapıntılar” silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazardı və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşaiət edərdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi “Qızıl qələm” mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etmişdir. Bir neçə kitabın tərtibatçısı və müəllifidir. Akif Ağayev tanınmış foto ustası kimi respublika və beynəlxalq miqyaslı fotomüsabiqə və sərgilərinin iştirakçısı olmuşdur. Onun işlərindən biri isə hətta Yunanıstatın Saloniki şəhərində keçirilən beynəlxalq foto sərgisinin devizi seçilmişdir. Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi onu “Danila Moskovski” ordeni ilə təltif etmişdir. 2003-cü ildə Azərbaycan Fotoqraflar Birliyinin ənənəvi mükafatı olan “İlin ən yaxşı foto ustası” adına layiq görülmüşdür. 30 mart 2008-ci ildə, uzun sürən xəstəlikdən Bakıda vəfat etmişdir. 2009-cu il yanvarın 8-də Azərbaycan Fotoqraflar Birliyi tərəfindən Fransa Mədəniyyət Mərkəzində Akif Ağayevin fərdi fotosərgisini keçirmişdir.

Rafiq Qəmbərov

Rafiq_QəmbərovHəyatı

Rafiq Əli oğlu Qəmbərov 31 dekabr 1947-ci ildə Qroznı şəhərində anadan olub. 1966-1971-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində L.B. Kosmatovun emalatxanasında təhsil almışdır. Bir neçə il Rusiyada Samara kinoxronika studiyasında, sonralar “Azərbaycanfilm” kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olmuşdur.[1] Bir neçə filmdə fotoqraf-rəssam kimi də çıxış edir.

1998-ci ildə Azərbaycanın Fotoqrafçılar Birliyini yaratmış və 2007-ci ilə qədər bu təşkilata rəhbərlik etmişdir.

Filmoqrafiya

  1. Bakı haqqında 10 dəqiqə (film, 1970)
  2. Gecə söhbəti (film, 1971)
  3. Hörmətli alim yoldaşlar (film, 1971)
  4. “Müstəntiq və məntiq” (film, 1971)
  5. Vətəndaş sərnişinlər… (film, 1971)
  6. Nəriman Nərimanov (film, 1972)
  7. Sözsüz mahnı (film, 1972)
  8. Təki dam olsun… (film, 1972)
  9. Gilas ağacı (film, 1972)
  10. Bizim küçənin oğlanları (film, 1973)
  11. 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
  12. Vulkana doğru (film, 1977)
  13. Dantenin yubileyi (film, 1978)
  14. İçəri şəhər (film, 1978)
  15. Azərbaycanın palçıq vulkanları (film, 1979)
  16. Çovqan oyunu (film, 1979)
  17. İstintaq (film, 1979)
  18. Qəribə adam (film, 1979)
  19. Lahıc (film, 1979)
  20. “…Mən salim olum, cümlə cahan batsa da batsın…” (film, 1980)
  21. Bağlı qapı (film, 1981)
  22. Diviziya komandiri Naxçıvanski (film, 1982)
  23. Fövqəladə hadisə (film, 1982)
  24. İstirahət gecəsi (film, 1982)
  25. Rəngli yuxu (film, 1982)
  26. Zərbə (film, 1983)
  27. Gethagetdə (film, 1983)
  28. Gümüşgöl əfsanəsi (film, 1984)
  29. Park (film, 1984)
  30. Xəbərdarlıq (film, 1985)
  31. Atası yandı (film, 1986)
  32. Burulğan (film, 1986)
  33. Ölsəm… bağışla (film, 1989)
  34. Özüm və zaman haqqında (film, 1991)
  35. Prima (film, 1992)
  36. Həm ziyarət, həm ticarət… (film, 1995)
  37. Kədərimiz… Vüqarımız… (film, 1998)

 

Sənan Ələskərov

Sənan_ƏləskərovHəyatı

Sənan Ələskərov 10 yanvar 1956-cı ildə Bakıda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetini jurnalistika fakültəsini bitirib.

Uşaqlıqda təyyarəçi, maşinist, kinooperator, arxeoloq, gitaraçı olmaq istəyən Sənan Ələskərov bütünlüklə özünü foto sənətinə həsr etməklə sanki bütün uşaqlıq arzularını həyata keçirmiş olur. Daxili azadlığını həyatın hər cür təzahüründən üstün tutan Sənan Ələskərov bir fəaliyyət sahəsinə qapılıb qalmağı sevmir. Peşəsini janr və növlərin dar çərçivəsinə sığışdırmaq istəmir. Hətta bu çərçivədə daha səlist, daha mahir ustalığa gəlib çıxacağını bilsə belə, onu daim başqa üfüqlər cəlb edir.

Son zamanlar isə Sənan Ələsgərovu sənədli foto daha çox maraqlandırır. Onun fikrincə bundan daha çox sürrealist sənət təsəvvür etmək mümkün deyil. Odur ki, doğma Abşeron torpağının hər qarışında, əhatəsində olduğu adamların, yaşadığı məhəllənin civarında belə öz süjetlərini tapa bilir. “Yanar dağ”, “Şəhidlər Xiyabanı”, “Neft daşları”, “Naturmortlar” və s. Silsilə kompozisiyaları öz naturalarına belə məhrəmliyin təzahürləridir.

Bu gün Sənan Ələsgərov üçün foto sənəti onun daxili aləminin təlatümləri, dərs verdiyi tələbələri, Bakının küçələri, dost -doğmaları, getdiyi yerlər, emalatxanasındakı qırmızı işıqlı qaranlıq otaq və bu qaranlıq otağın qırmızı işığında doğulan şəkillərdir. Sənan Ələskərovun jaradıcılığı yerli və beynəlxalq fotosərgilər, layhələr, şəxsi sərgiləri, ustad-dərsləri, mükafatlarla zəngindir.

Sənan Ələskərov 1989-1990-cı illərdə Xəzər fotoklubunun sədri olub. 1976-2000-ci illərdə jurnalist, elmi və tətbiqi fotoqrafiya ilə məşğul olub. 1999-сu ildə Azərbaycan Fotoqraflar Birliyinin bədii şürasının sədri seçilib. 1996-cı ildən fotoqrafiya və ustad dərsləri keçirir. 2000-ci ildən müstəqil fotoqrafdır. Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.

ABŞ, Türkiyə, Avstriya, Almaniya, Böyük Britaniya, Polşa, Macarıstan, Danimarka, Norvec və Fransada fotoqrafın fərdi sərgiləri keçirilmişdir.

Sərgi və layhələri

  • 1987 “Marine Star” exhibition, Murmansk, USSR
  • 1987 “Photograph for the son. Personal Message.” art project. Varshava, Berlin, Moscow
  • 1988, 1991, 1996 International Competition of Art Photography, Istanbul, Turkey
  • 1989, 90, 91,95, London Salon of Photography, London, United Kingdom of Great Britain
  • 1990, 91, 93 Salon of Art Photography, Chollez, France
  • 1991, 94 International Competition of Art Photography, Bursa, Turkey
  • 1991, 92, 93, 94, 95 International Competition of Art Photography, Edinburgh, Scotland
  • 1991 International Competition of Art Photography, Jackson, Mississippi, USA
  • 1991, 93 International Competition of Art Photography, Surrey, Great Britain
  • 1995, 96, 97 Austrian Super Circle Photography Competition, Lints, Austria
  • 1995 International Competition of Photography, Reus, Spain
  • 1995 Azerbaijan Photography Exhibition. Nantes, France

2002, 03 Sheki Art Symposium, Azerbaijan Artists Union. Sheki – Baku, Azerbaijan

  • 1997 Open Society Institute grant for portraiture of Azerbaijani artists, Baku, Azerbaijan
  • 1999 First exhibition of Azerbaijan Union of Photographers, Baku, Azerbaijan
  • 1999 – 2000 Landart I and Landart II projects. Labyrinth Group. Baku, Azerbaijan
  • 2000 “Fire” project. Labyrinth Group. Baku, Azerbaijan
  • 2000 International Art Salon “Art Manej – 2000” Moscow, Russia
  • 2000 CDH – 2000 exhibition. Labyrinth Group. Moscow, Russia
  • 2000 Labyrinth Group exhibition. International School “TISA” Baku, Azerbaijan
  • 2000 Joseph Koudelka Masterclass Exhibition “Five days in November” Open Society Institute, Baku, Azerbaijan
  • 2001 Image of PriceWaterHouseCoopers exhibition. Baku, Azerbaijan
  • 2001 Days of Caucasus Culture exhibition. Museum of Contemporary Art, Ulan Bator, Mongolia
  • 2001 Conceptual Photography in the Caucasus “Appendix” exhibition. Caravasla Museum, Tbilisi, Georgia
  • 2001-2006 International Competition “Traditions and Modernity” Baku Art Center, Azerbaijan
  • 2002 Caspian Countries Art exhibition. “Humay” Azerbaijani Cultural Center, London, Great Britain
  • 2002 AINA – 2002 First International Photography Festival. Baku, Azerbaijan
  • 2002 – 2004 “Aspects of Contemporary Photography in South Caucasus” Thessalonica, Greece, N-Gallery, Tbilisi
  • 2003 “Ada” – international art project. Baku, Azerbaijan
  • 2004 “Twenty Azerbaijani Artists” French Senate, Paris, France
  • 2005 “Man and Woman” Contemporary Art Exhibition. Baku, Azerbaijan
  • 2005 “Aluminum – Transformation” Contemporary Art Festival. Baku, Museum Center. Azerbaijan
  • 2005 “Landart – Oil” Labyrinth Group project, Contemporary Art Festival, Baku, Giz Galasi Gallery, Azerbaijan
  • 2005 Photography Symposium of Turkic Countries – “Turksoy”, Mersin, Turkey
  • 2006 ,,KARAVANSERAI,, Aserbajdsjan –ildens rike. Arkeologisk museum i Stavanger.Norge.
  • 2007 “Dialog with Neighbour” Contemporary Art Exhibition. Efeshane Gallery. Stanul, Turkey
  • 2007 “Modern Photography in Azerbaijan” Contemporary Art Centre. MOMA, Moscow, Russia
  • 2007 52nd Venice Biennale, Labyrinth Project “Fire”
  • 2007 International Project “Recognize Neighbour”, Tophane Gallery, Stanbul, Turkey
  • 2007 “Art as Handicraft & Handicraft as Art”Sheki Photography Symposium. Contemprary Art Centre. Baku, Azerbaijan
  • 2007 “Modern Photography in Azerbaijan”. Moscow, Russia.
  • 2008 “Art is Not Only Ugly”. Berlin
  • 2008 “www.ussr-remix.az” Centre of Contemporary Art. Baku, Azerbaijan
  • 2008 “Steps of Time” Staatliche Kunstsammlungen Dresden
  • 2009 “Culture Scapes Aserbaidschan” Culturescapes festival. Basel, Swiss.
  • 2009 “Photoquai” Musee du quai Branly. Paris, France.
  • 2010 – ,,THE SEVEN” – Modern Azeri photographi. Projekt kurator. Baku. Modern Art Muzeum.

Personal sərgiləri

  • 1987 Selected works. Ustkaminogorsk, Kazakhstan, USSR
  • 1988 Selected works. Baku Art Center. Flower Salon. Baku, Azerbaijan
  • 1988 “I love this land” Photography Festival. Temertau, Kazakhstan, USSR
  • 1993 Selected works. Baku Art Center. Baku, Azerbaijan
  • 1998 “Elements of my life”. TMS Gallery, Tbilisi, Georgia
  • 2003 Selected works. Strasbourg University named after Mark Bloch Strasbourg, France
  • 2003 “Martyrs Alley – 1990” Istiglal Museum, Baku, Azerbaijan
  • 2008 “Images” Retrospective Personal Exhibition. Contemporary Art Centre. Baku, Azerbaijan

Mükafatlar

  • 1987 Laureate of II Festival of Folk Art. VDNH, Moscow, USSR
  • 1990, 91, 93 Gold medal (90), bronze medal (91), silver medal (93) Salon of Art Photography, Chollez, France
  • 1991 Honorary Ribbon. American Association of Photographers. Jackson, Mississippi, USA
  • 1993 Silver medal, honorary ribbon. Federation of International Art Photography, Surrey, Great Britain
  • 1994 Silver medal. Federation of International Art Photography, Bursa, Turkey
  • 1994 Honorary ribbon. Federation of International Art Photography, Edinburgh, Scotland
  • 1995 Golden medal, Austria Super Circle, Linds, Austria
  • 1995, 96 London Salon of Photography honorary medal. London, Great Britain
  • 1996 Bronze medal. Federation of International Art Photography, Istanbul, Turkey
  • 2000 “Humay” award for Labyrinth “Landart I” project Baku, Azerbaijan
  • 2001 Grand Prize “Image of PriceWaterHouseCoopers” competition, Baku, Azerbaijan
  • 2001 First Place “Tradition and Modernity” competition, Baku Art Center, Azerbaijan
  • 2006 Special Prize “Tradition and Modernity” competition, Baku Art Center, Azerbaijan

Ustad dərsləri

Conducted Masterclass “Art Mobility in Today’s World” Strasbourg University named after M. Bloch. Strasbourg, France

Muzey kolleksiyaları

Salvador Velaseca Museum, Reus, Spain; Photographic Library, Surrey, Great Britain; Baku Art Center, Baku, Azerbaijan.

ARS AEVI, Museum of Contemporary art Sarajevo, Bosnia and Herzegovina.

Aleksandr Mişon

Aleksandr_MishonHəyatı

Aleksandr Mişon Xarkov şəhərində anadan olub. Karyerasını 1883-cü ildə doğma şəhərində, Moskovskaya küçəsində və Slesarnıy dalanında yerləşən əsasını qoyduğu fotostudiyadan başlayıb. 1884-cü ildə Bakıya gələrək fotoqrafiya işləri ilə məşğul olmaq üçün razılıq almasını gözləyir. 28 iyun 1887-ci ildə Bakı Quberniyası Tarqovoy küçəsində yerləşən fotoemalatxananın açılışına icazə verir. Növbəti ilin mart ayında emalatxana “İmperial” mehmanxanasına köçürülür.

Fotoincəsənətin öyrənilməsi, elmə, arexeologiyaya, etnoqrafik materiallarda tətbiqi məqsədiylə ilk dəfə olaraq foto həvəskarlarının Bakı dərnəyinin yaradılmasının təşəbbüskarıdır. Ustava görə, orta və aşağı sinif təhsil ocaqlarında təhsil alanlar, hərbi xidmətdə olanlardan başqa hər iki cinsin nümayəndəsi fotodərnəyin üzvü ola bilərdi.

Aleksandr Mişon 1893-cü ildə çıxan Bakının illik hesabat materiallarının müəllifi, redaktoru, fotoqrafı, naşiri olub. Elə bu ildə Mişon Tarqovoyda yerləşən nəşriyyatında oxu zalının açılmasına icazə alır.

1890-cı ildə Paris Milli Akademiyasının fotoqraf-üzvü seçilən professional fotoqraf Parisə səfərlərinin birində aldığı kinokamera ilə 1898-ci ildə ilk dəfə Azərbaycanda kinosüjetlər çəkməyə başladı və Azərbaycan kinematoqrafının əsasını qoydu. 1898-ci ildə Aleksandr Mişon yerli mövzuda “Bibiheybətdə neft fontanı yanğını”, “İlişdin”, “Qafqaz rəqsi”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi” kimi bir-neçə sənədli film çəkir. Həmin il 2 avqustda xüsusi təşkil olunmuş kinoseansda tamaşaçılara bu filmlər göstərilir. Azərbaycan Respublikasının prezidentinin 2000-ci ildə verdiyi fərmana əsasən 2 avqust milli kinematoqrafiyanın yarandığı gün və “Milli kino günü” kimi qeyd edilir.Баку._Вид_с_севера.Фото-А._Мишон_1898

1908-ci ildə Slavyansk şəhərinə köçdükdən sonra əvəllər anasına məxsus olan fotoidarədə çalışmağa başlayır. Üç ildən sonra “Şimali Donetsk Əyaləti” qəzetini çıxarmağa icasə alır. 1912-ci ilin iyulunda bu qəzetin nəşri dayanır. 1913-cü ildən Xarkovda fotoqrafiya və sinkoqrafiya ilə məşğul olmağa başlayır və ömrünün sonunadək öz sevimli işi fotoqaflıqla məşğul olmağa davam edir. 1918-1921-ci illərdə Voronejdə işləyən və yaşayan Mişon1921-ci il iyulun 5-i burada dünyasını dəyişir. Bu barədə o vaxtlar “Voronej Kommunası” qəzeti “Cənab Mişonun ölümü” başlığı altında məlumat dərc etmişdir.

Filmoqrafiya

1. Bibiheybətdə neft fontanı yanğını (film, 1898)-filmindən kadr. Rejissor-operator: Aleksandr Mişon

  1. 1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
  2. Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları (film, 1898) — rejissor, operator
  3. Bazar küçəsi sübh çağı (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
  4. Bibiheybətdə neft fontanı yanğını (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
  5. Əlahəzrət Buxara əmirinin “Veliki knyaz Aleksey” paroxodunda yolasalma mərasimi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
  6. İlişdin (film, 1898) (qısametrajlı bədii film) — rejossor, ssenarist, operator
  7. Qafqaz rəqsi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, ssenarist, operator
  8. “Qafqaz və Merkuri” Cəmiyyətinə məxsus paroxodun limandan yola düşməsi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
  9. Qatarın dəmiryol stansiyasına daxil olması (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator
  10. Şəhər bağında xalq gəzintisi (film, 1898) (qısametrajlı sənədli film) — rejissor, operator

Rəna Əffəndi

Rəna_ƏffəndiHəyatı

Rəna Əffəndi 1977-ci ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetini bitirərək uzun müddət tərcüməçi işləyib. Uşaqlıqdan rəsm və fotoqrafiyaya böyük marağı olub. 2001-ci ildən sənədli fotoqrafiya ilə məşğuldur. 2005-ci ildən tərcüməçi işindən ayrılaraq fotoqrafiya ilə daha ciddi məşğul olmağa qərar verib. Rəna Əffəndi “Fifty Crows” Beynəlxalq sənədli fotoqrafiya Fondunun keçirdiyi müsabiqənin mükafatçısı, habelə Azərbaycanda “İlin fotorəssamı” mükafatının laureatıdır, müxtəlif ölkələrdə təşkil olunan sərgilərdə iştirak edib. 2007-ci ildə Amerikanın Photo District News jurnalı Rəna Əffəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Onun fotoları Le Monde, Le Figaro, Liberation, Courrier International, Newsweek, Days Japan, Reponse Photo, “Oqonek”, “Ekspert” i “Bolşoy Qorod” jurnallarında dərc edilib. Rəna Əffəndi Photographer.ru qalereyasının müəllifi Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür.

Sərgi və layihələri

  • 2006 Personal sərgi, 18-ci Beynəlxalq, Visa Pour L’image fotojurnalistika sərgisi, Perpinyan, Fransa
  • 2006 Personal sərgi, Les Imagiques festivalı, Bordo, Fransa
  • 2009 “Pipe Dreams” adlı fotokitab

Mükafatları

  • 2004 “Fifty Crows” Beynəlxalq sənədli fotoqrafiya fondunun mükafatçısı, ABŞ. Azərbaycanda ilin fotorəssamı.
  • 2005 World Press Photo-da ustad-dərslərin iştirakçısı
  • 2006 “Getty Images” qrantı
  • 2007 İnqe Morat premiyasının finalçısı, Magnum Photos, Fransa
  • 2009 Magnum Fondu Qafqaz üzrə Fotoqraf mükafatı
  • 2011 Prince Claus mükafatı
  • 2011 Magnum Fondu qrantı

Mirnaib Həsənoğlu

photoHəyatı

1962-ci ilin 2 fevralında Gəncədə doğulub. Uşaq yaşlarında Goranboy rayonunun Xanqərvənd kəndinə köçüb və 1969-1979-cu illərdə kənd məktəbində oxuyub. Hərbi xidməti başa vurduqdan sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olan Mirnaib Həsənoğlu 1984-cü ildə universiteti bitirib. Bakıya gələndən sonra fotoqrafiya ilə məşğul olub. 2011-ci il fevral ayının 5-dən Azərbaycan Fotoqraflar Birliyinin (AFB) İdarə Heyətinin sədridir.

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma