Nikon`un yeni il hədiyyəsi – D5 və D500

maxresdefault

Hər kəsin gözlədiyi hədiyyəni şaxtababa yox Nikon verdi. Fullframe və APS-C sistemlərində əjdaha xüsusiyyətləri ilə iki canavarını ortaya çıxardı: D5 və D500. D4s-dən  sonra hər kəs D5-i gözləyirdi ama D500 sürpriz oldu. D300s-dən uzun bir müddət keçməsinə baxmayaraq, Nikon bu modeli yeniləmək əvəzinə D7000 seriyasını təzələyirdi; Nikon d7000, d7100, d7200…

Ən yeni texnologiya və xüsusiyyətləri ilə D500 və D5, DSLR sektorunda lider  mövqeyini tutdu. Canonun 7D m2 çıxdığı zaman bir çox fotoqraf D300s-dən 7Dm2-yə keçdi ama D500 bu gedişi geri döndürə biləcək imkanlara sahib kimi görünür.

D500 D5-dən sadəcə Sensoru ilə fərqlənir. D5 36 x 24mm, D500 isə 23.5 x 15.7mm sensora sahibdirlər.   Qalan hər şey demək olar ki, eynidir.

Hal-hazırda APS-C sensorlu Nikon D7100 istifadə etdiyim  üçün mənə maraqlı olan D500 modelinin imkanlarını və hansı yeniliklər gətirdiklərinə baxaq.

Nikon-D500-vs.-D7200-vs.-D300s-specifications-comparison

Qisaca: 🙂

  1. Nikon D7100 və ya D7200 istifadə edirsinizsə D500-ü uzun müddət ağlınızdan çıxarın.
  2. Başlanğıc qiyməti 2000$ olan D500 almaq üçün bir neçə vaxt gözləmək daha yaxşı olar. Bizdə dollarin 2 manata doğru getdiyini nəzərə alarsaq…
  3. APS-C sensor üçün 24mp-dən (D7100-7200) 20.6 mp düşməkləri yaxşı işdır, piksel ölçüləri daha böyük olduğu üçün yüksək İSO dəyərlərində qumlanmanı bir miqdar azaldar.
  4. İSO 100-51200 standartdır, ama yüksəldilmiş  dəyərləri 50-1 640 000… Bir milyon İSO təsəvvür edin, şəkil nə vəziyyətə düşər… ama EXPEED 5  yeni prosessor ilə 12 min İSO da belə qumlanmanın minimum olduğu test edilib.
  5.  153 netləmə nöqtəsi… Nikon d7100-də  51 netləmə nöqtəsi var onun  da 15 çarpazdır, Nikon D500-də isə 153 netləmə nöqtəsinin 55-ini seçmək mümkündür( 33-ü çarpazdır),  qalanları köməkçidir. Ama davamlı netləmədə 153 netləmə nöqtəsi də zarafat deyil…Fotoaparata baxmadan belə nəyə tutsaniz netləyəcəkdir.
  6. D500-də flaş yoxdur. İlk dəfədir ki Nikon həm FF həm də APS-C aparatına flaş qoymur. Hər halda illərdir Nikonçuların Canonçularla məzələnmələrinə son qoyular.
  7. Hərəkətli və sensorlu 3.2 inc böyüklüyündə EKRAN. 2 359 000 piksel həm də… İPHONE ekranı kimi…. Məncə Nikon-dan coxdan gözləniləni artıq etməyə başlayib. Ama oxuduğuma görə ekrandan netləmək mümkün deyil.
  8. Avtomatik Netləmə Xətası düzəltmə. Bu Canonlarda olmayan ama Nikonlarda əllə düzəldilən bir lens korrekt vasitəsidir. Misal üçün, Nikon d7100-ə aldığım iki lensin netləmə dəqiqliyini menudən düzəltmək məcburiyyətində qaldım.  Fəqrli firmaların obyektivlərində yaranan millim və ya mikron  fəqrlilik netləməni düzgün etməməyə səbəb olur. Tamron 70-200mm f2.8 obyektivi 70mm-də netlədiyim yer əvəzinə  5-6 sm irəlini netləyirdi. Bunları düzəltmək üçün Nikon D5 və D500-də avtomatik Korrekt sistemini gətirib ki, bu bütün fotoqrafçılara böyük köməkdir.
  9. Saniyədə 10 ədəd şəkil çəkir. VƏƏƏƏ dayanmadan 200 ədəd 14 bit sıxışdırlmamış RAVV çəkə bilir… D5 isə 12-14 ədəd şəkil çəkə bilir. Bunun üçün XQD  kart (saniyədə 400mb üzərində oxuma yazmaya imkan verir) istifadə etməlisiniz.
  10. 4K video çəkə bilir. 30 dəqiqə uzunluğunda… Ama sensorun tam ortasını almaq şərtilə….Yəni sensorun hər tərəfindən istifadə etmir.
    d500-03
  11. Video çəkilişlərində elektronik olaraq titrəməyi azaldan sistem (program olaraq) və Activ D-Lighting sistem yenilik olaraq görürük. Activ D-lighting qaranliq sahələrin daha aydın görsənməsinə kömək edir.
  12. Düymələr arxadan işıqlandırılmalı olaraq gəldi D500 və D5… Qaranlıqda şəkil çəkirsinizsə  düymələri əzbərə yox, artıq görərək idarə edə biləcəyik…
  13. D500 və D5-ə VVİFİ, NFC və Bluetooth gəldi… Bluetooth ilə telefonlara davamlı bağlı qalmaq mümkündür artıq…
  14. Joystik əlavə olunub və AF-L düyməsi bir az daha sağa çəkilib. Nikon D7100-ün vizorundan baxaraq netləməni kilitləmək istədikdə, barmaq az qalırdı adamın gözünə girsin….
  15. U1-U2 düymələri yoxdur…
  16. Nikonlarda olan (canonlarda olmayan) netləməyə köməkçi işıq artıq yoxdur.
  17. Tam dolmuş batareyka ilə 1240 ədəd şəkil çəkmək mümkündür.

Nikon bu dəfə müştərilərini bir az dinləmiş və Canona böyük rəqabət yaradacak iki əjdaha ortaya cixardı.  Nikon d7100-ü bir neçə il  də istifadə edə bilərəm… Nikon d500-ün üst seriyası nə olacaq, (D600 FF- var artıq). Görsənən odur ki, Nikon D300s kimi D500-ü də uzun bir müddət yeniləməyəcək. Ona görə də 2017-də D500 almaq fikrinə düşə bilərəm. Həm də yeni çıxanı almaq ağıl işi deyil, aparatın mexaniki problemlerini bilmirsən. Həm qiymətləri düşsün bir az, həm də  istifadəçilərin fikriləri formalaşsın, gələn il baxarıq…

 

 

 

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma