Yaxşı şəkil çəkmək üçün…

Başlıq şəklinə baxıb deməyin bu nədir.. 😀 Bəyəndiyim və dəfələrlə baxdığım western filminin üz qabığıdır. Mövzuya uyğun gördüm sadəcə…

Aldınız ən bahalı gövdələri, obyektivləri, filtirləri və digər aksesuarları… ama çəkdiyiniz şəkillər yaxşı çıxmır, neyləmək lazimdir..?

12308723_684411745026865_6958688019846655334_n(Batumidə sahildə dəmir ayaqqabının insanla sintezi)

Bəzən baxırsan ki, 300 dollarlıq bir alt səviyyə fotoaparat (DSLR) sənin 6-7 minlik fotoaparat və fəxrlə daşıdığın o bahalı ağır obyektiv ikilisindən daha yaxşı şəkillər çəkir…

12308744_682282111906495_3622678518107846227_n(Batumidə çətirli qadın marağıma səbəb oldu)

Əlimdə Nikon D7100+Sigma 17-50mm f2.8, Nikon D750 (tanişin idi) +Tamron 70-200mm f2.8,  Fujifilm X-T1+Fujinon XF56mmF1.2 R  (bir tanişdan 2 günlük götürmüşdüm)  və Zenit 122+Helios 58mm f2(lenta ilə – bu da xalaoğlunundur) setim var. Bu listədə olan ilk 3 set digital sistem olub ən yaxşı gövdə və obyektivlərdir. Bu qədər mal-mülkə sahibkən bəzən çəkdiyim şəkillər o qədər pis olur ki, `telefonla çəksəydim bundan daha yaxşı olardı` hissiyatı yaranır adamda. Hələ çəkdiklərində netləmə problemləri varsa, at getsin o şəkli…

Misal üçün:

_ARC0470
Bu şəkili çəkərkən ağlımdakı kadr başqa idi, yekunda alınan da budur. Qusarda restoranda yemək yeyərkən, balkondan Nikon D7100 və Sigma 17-50mm f2.8 ilə çəkdim. Könül istərdi ki, bu şəkil daha canlı və daha kəskin olsun. Olmadığı zaman da insan  bu qədər pul verdiyinə üzülür… İndi məcbur bunu photoshopda işləmək lazimdir. Deyirlər fotoların üzərində çox işləmək olmaz, mən də razıyam ama o zaman necə qaranlıq otaq vardısa bu gün də photoshop var. Ona görə şəkilləri photoshoplamaq bəzən lazım olur.

Bax belə:
_ARC047022

Şəkil çəkərkən bəzən tələsirəm, sonra da belə şəkillər əmələ gəlir. Aşağıda yazacağım məqamlara bəzən heç özüm də əməl edə bilmirəm, ama Siz mollanın etdiyini deyil, dediyini edin… 😀

_ARC1227(Batumidə sahil-minimalizm)

Şəkil çəkərkən diqqət etməli olduğunuz məqamlar:

  • Yerinizi düzgün seçin. Cəkəcəyiniz mövzunu necə göstərəcəyiniz sizin fantaziyanızdır. Fərqlı baxışlardan, prespektiflərdən istifadə edin. Bir insanı göz səviyyəsindən çəkməkdənsə, yuxarıdan və ya aşağıdan çəkməyə çalışın. Əgər bir bina və ya qurğu çəkirsinizsə, prespektif xətalarını da nəzərə almaqla  ən yaxşı bucağını tapmaq lazımdır.
  • Şəkillərinizi en və uzununa kadrajlayın. Mənzərə şəkilləri və ya portre şəkilləri kimi… ama siz bunları dəyişə bilərsiniz. Bunu edərkən kadrı mütləq doldurmalısınız…
  • Çəkiləcək mövzuya görə düzgün obyektiv seçin. 17mm ilə portre çəkmək, insan sifətini eybəcərləşdirməkdən başqa bir işə yaramaz. Portre üçün 35/50/85mm istifadə etmək olar, vəhşi təbiətdə canlıları çəkəcəksəniz tele obyektiv  – 150-500mm istifadə olunmalıdır. Mənzərə çəkəcəksəniz 10-24mm geniş dərəcəli obyektiv ola bilər.
     ARC_7940(Yaxın dostum Məhəmməd+17mm)
  • Portret çəkərkən arxa fonun sadə olmasına diqqət edin, hər nə qədər geniş diafragma (f1.8/f1.4) istifadə etsəniz də, qarışıq arxa fon şəkildə çirkinlik yaratmaqdan başqa bir işə yaramaz.
  • Portret çəkərkən gözü netləyin və modelinizlə dialoqda olun ki, özünü rahat hiss etsin.
  • Hərəkətli mövzularda netləmə təqib edilməli və ən yaxşı kadr yaranana qədər gözləyin və o an gəldiyində düyməyə basın.
  • Təkrarlanmayacaq hadisələri çəkirsinizsə  fotoaparatda sürət rejimini açın və təkrar təkrar bir neçə şəkil çəkin.
  • Günəşin ən yuxarıda olduğu saatlarda (11.00-15.00) mümkündürsə şəkil çəkməyin, insan çəkəcəksəniz əgər,  reflektordan istifadə edin.
  • İmkanınız varsa hər zaman yanınızda üçayaq (tripod) olsun. Daha dəqiq şəkillər və işığın azaldığı yerlərdə daha daha net şəkillər çəkməyə imkan verəcək.
  • Pərdə sürətini diqqətinizdə saxlayin, obyektivin uzaqlıq dəyəri ilə pərdə sürəti bir-birinə yaxın olmalıdır. 50mm üçün 1/60sn, 200mm üçün 1/250sn, 300mm üçün 1/500sn kimi.
  • Portret çəkilişlərində əgər işıq arxadan gəlirsə, modelinizin sifəti böyük bir ehtimalla qaranlıq olacaqdır. Bunun önünə keçmək üçün flaş və ya reflektor istifadə etməlisiniz.
  • Üçayaq üzərində şəkil çəkən zaman obyektivin üzərində olan  sabitləyicini (İS/VR/OS) söndürmək  və uzaqdan kontrol ilə şəkil çəkmək lazımdır.  Yoxdursa belə, fotoaparatın üzərində olan `Self-timer`-i da istifadə etmək olar.
  • Çəkəcəyiniz şəkillərdə mövzunun böyüklüyünü göstərmək üçün insan və ya insanların ölçülərini yaxşı bildikləri əşyalar qoymaq lazımdır. Məsələn bir binanı çəkərkən mövzuya insan qatsanız, binanın böyüklüyünü şəklə baxan daha yaxşı təsəvvür edəcəkdir. Məsələn balaca bir əşyanın şəklini çəkdiyiniz zaman yanına bir qəpik qoya bilərsiniz.
  • Üfüq xətti şəklin alt xətti ilə paralel olmaldır.
  • Obyektivlərin günəşliyini (parasoley) hər zaman taxın. Tərs işıqda və günəşin yüksəkdə olduğu saatlarda çəkəcəyiniz şəkillərdə işıq ləkəsi (flare – yansıma) yaranmasını əngəlliyir və obyektivinizi düşdüyü zaman lensinin sınmasının qarşısını alır.
  • Panorama çəkilişləri zamanı, fotoaparatı üçayağa dikinə bağlayin. Bu sizə prespektif xətaları ən aza endirmənizə kömək edəcək.
  • Sürətli obyektləri (maşın, velosipedçi, qatar, uçan quş və s.) çəkərkən pərdə sürəti 1/500sn-dən aşağı olmamalıdır.
  • Balaca uşaqların şəkillərini çəkərkən flaş istifadə etməyin. Saədəcə diqqətini sizə çəkəcək bir şeylər tapın və sürətli şəkildə çəkin.
  • Çəkəcəyiniz obyekti çərçivənin tam ortasına yerləşdirməyin. Çərçivənin 3/1 hissəsini əsas almaqla bu nöqtələrə yerləşdirin.
    pbexample1
  • Çiçək şəkilləri çəkdiyiniz zaman küləyin gücünü hesaba qatın və pərdə sürətinizi artırın.
  • Qaranlıq yerlərdə flaşa arxayın olub 5-6 metr məsafədən şəkil çəkməyin. Flaşın gücü çatmayacaqdır. Yaxından çəkməkdə fayda var.
  • Fotoaparatın üzərində bir flaş varsa, istiqamətini dəyişin ki, işıq mövzu üzərində bütün əyrilikləri göstərməsin.  Flaşın önünə yumuşaldıcı pərdə də qoymaq mümkündür.
  • Hər zaman RAW çəkin. İşıq az olan yerlərdə isə mütləqdir.
  • Fotoaparatın və obyektivin təmizliyinə fikir verin.
  • Obyektivlərinizin önünə UV filtiri taxmayin, yerinə SRC Polarizə və ya ND filtir istifadə edin.
  • Şəkil çəkməmişdən öncə, fotoaparatın üzərindəki bütün dəyərlərə, obyektivin üzərində olan düymələrin vəziyyətinə nəzarət edin.
  • Yaddaş kartınızı komputerin üzərində unutmayin… 😀
  • Yagışlı havada yağışlıq istifadə edin.
  • Özünüzə diqqət edin. Dağa daşa çıxıb yaralamayın özünüzü.

 

_ARC0935

12301580_682666585201381_4533322045003479173_n

12291245_684412825026757_3330999367177093987_o

Yaxşı şəkil çəkmək üçün…” üzərinə 2 şərh

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma