Kim nə alsın…!!!???

57

Kim nə alsın…?

Kim nə istəyir alsın… 😀

Ciddi sözümdür…

……………………………..

Yaxşı, belə izah edim…

Fotoqrafiya dünyasında markalar, istehsal etdikləri məhsulları peşəkarlıq səviyyəsinə  görə bir neçə yerə bölürlər…

-İlkin səviyyə
-Orta səviyyə
-Peşəkar səviyyə

Ama bütün bunları bir kənara qoyuruq…

Mən bunu iki yerə bölürəm…Siz özünüzü bunların hansında görürsünüzsə, o istiqaməti də seçərsiniz.

1- Məqsədi bu işdən pul qazanmaq olmayib, ama bu işi yaxşı öyrənmiş MARAQLILAR… Bəzən buna həvəskar da deyirik.. (Nədənsə həvəskar deyəndə, hər kəsin ağlına bu işi zəif bilən ağlına gəlir. Ama bu belə deyil)

2- Məqsədi bu işdən pul qazanmaq olan, bu istiqamətdə peşəkarlaşan və bundan başqa sənəti olmayan İŞLƏYƏNLƏR…

Həəəə…. indi gələk bunların nəyi necə seçəcəyinə…

Bunların hamısı FOTOGRAFDIR….  belə deyirəm, çünki bizim yazımıza kompakt və telefonla şəkil çəkənlər daxil deyil… Yəni, o 2 kiloluq fotoaparatları və aksesuarlarını hər yerə daşıma əziyyətini gözə alanların hamısı FOTOGRAFDIR…. Deyə bilərsiniz ki, hər kəs yaxşı şəkil çəkə bilmir və çəkə bilməyənlərə də fotograf deyirsiniz? cavabım bəli… onlar da FOTOGRAFDIR…

Yadınızda saxlayin, istər 500 manatlıq, istər 50000 manatlıq makinanız olsun, kadrı görə bildiyiniz  qədərdir, Sizin çəkdiyiniz… Hə, birdə məkanın da o andakı havası var… Bəzi şəkillər var ki, təbiət yaradır, sizə qalır onu doğru zamanda və o anda çəkə bilmək… Artıq burda fotoaparatın və obyektivin əhəmiyyəti qalmır… Bu dediklərim MARAQLI olanlar üçündür.

Sis
Alın Sizə nümunə… Bu şəklin eynisini çəkə bilənə məndən super bir hədiyyə…. 

Əgər 2-ci kateqoriyaya aid deyilsəniz, alacağınız fotoaparatın əhəmiyyəti yoxdur. 36mm və ya orta format sensorlu fotoaparatlar daha çox 2-ci kateqoriyaya aiddir. Peşəkarların bir çox sahələri var və hər birinə aid fərqli alətləri mövcuddur… Məsələn idman yarışlarını çəkən fotoqrafla, studiyada model çəkən fotoqrafın obyektivləri və gövdələri fəqrli olur. Vəhşi təbiətdə şəkil çəkənlə, şəhərdə memari binaların şəkillərni çəkən sistem fərqlıdir… Bunlar konkret sahədir…

Ama Siz, mənim kimi MARAQLI olanlardansaniz, alacağınız fotoaparat  APS-C və ya Micro 4/3 sensorlu gövdələr  olmalıdır…

Texnologiya elə imkanlar yaradıb ki, artıq fotoaparatların hamısı demək olar ki, eyni keyfiyyətdə şəkil çəkə bilir… Sensorun və megapikselin əhəmiyyəti (əgər 2-cilərdən deyilsəniz) Sizin üçün itir…

1-ci kateqoriyada olanlar üçün belə bir sıralama hazırladım, ama bunların heç biri digərindən daha yaxşı şəkil çəkmir. YADINIZDA QALSIN…. Hamısı əladır….

A—– Aynalılar——–
1- Nikon D7100 / 7200  – APS-C
2-Nikon D 5500 / 3300 – APS-C
3- Canon EOS 70D / 7D mark 2 – APS-C
4- Canon EOS 760D / 100D  – APS-C

B—–Aynasızlar——–
1- Nikon 1 J5 / 1V3  – CMOS
2- Canon EOS M10  – APS-C
3- Olympus EM1 / EM5m2  – 4/3
4- Fujifilm X-T1 / X-T10  – APS-C
5- Sony A600 / Nex7 – APS-C

Bütün markaların ən son fotoaparat gövdələrini sıraladım. İstədiyiniz alın, istifadə edin və ağlınızı lazımsız şeylərlə doldurmayin…

Keçən həftə özümə Zenit 122+Helios 58mm f/2 bir fotoaparat aldım… Bundan sonra Nikon D7100-ümə ağ-qara şəkillər üçün yoldaşlıq edəcək… Lenta ilə çəkmək hər nə qədər zəhmətli olsa da, işi bilən üçün bu bir əyləncədir.

20151126_155025

Sizə də nacizanə tövsiyəm, pulunuzu bahalı fotoaparatlara verməyin… Normal bir gövdə və əla iki obyektiv sizi artıqlaması ilə xoşbəxt edəcəkdir. Mən, Nikon D7100-ü ağırlığı  (üzərində 1.5kg-liq Tamron 70-200mm f/2.8 və 480qr-liq Sigma 17-50mm f/2.8 var) səbəbilə hər yerə apara bilmirəm. Fujifilmin və Olympusun aynasızlarından birini, gündəlik istifadə üçün alacam.     Aynasızlarla bağlı bu  yazımı da (FUJİFİLM VƏ OLYMPUS) oxuya bilərsiniz.

Sabah (25.11.2015) Batumiyə yola düşürəm, geri döndüyümdə, səyahət məqaləmi və şəkilləri Sizlərlə paylaşacam.

Kim nə alsın…!!!???” üzərinə 7 şərh

  1. Salam, mən də yeni başlayanlardanam. Yaxşı olardı ki, burda flash light/vcpişkalardan da izahatlar verərdiz. Yazılarınız faydalıdır, təşəkkürlər sizə.

    Bəyən

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma