Fujifilm və Olympus

download

İnsan elə bir məxluqdur ki, davamlı yenilik istəyir… Nikon D7100 üzərinə bütün lazımli şeylərə sahibəm… ama gündəlik istifadə də çox ağır olduğu üçün yorur insanı. İstəyirəm balaca bir fotoaparat alım. Bir neçə vaxtdı Fujifilm və Olympus arasında qalmışam. Uzun qarşılaşdırmaları oxuduqdan sonra meylim  fujifilmə dogru gedir deyəsən.. Ama Olympusun da 5 istiqamətli sensor sabitləyicisi də bir tərəfdən sıxışdırır. Təəssüf ki, şəhərdə  bu markaların fotoaparatları olmadığı üçün birə-bir yoxlama imkanımız yoxdu.

Chris-Gampat-The-Phoblographer-Fujifilm-Xt10-review-final-product-images-4-of-4ISO-2001-180-sec-at-f-2.0

Fujifilm bir çox ölkələrdə bir başa fabrik qiymətləri ilə satır mallarını, qiymətləri daha ucuzdur ama obyektivləri daha bahalı və ağırdır. Fujinin rəng alqoritması daha dolğundur, nə də olsa illərin təcrübəsi var. Fujifilm X-T1 və X-T10  ən populyar fotoaparatlardır, X-T1 agir olduğu üçün şansı X-T10 verirəm yenə…

Olympus OMD EM5 Mark2_Snapseed

Olympus OM-D E-M5 Mark2 – Bu adı kim tapıb qoyubsa buna, yəqin içkili zad olub… soruşublar ki, fotoaparatın adını nə qoyaq… o da sayiqlayaraq nəsə deməyə çalışıb… O M D E M 5 M 2…. Qoy bunun adını EM5 m2, bitsin də… nə zülmdür verirsən bizə…

Hər iki fotoapartın texniki xüsusiyyətlərini aşağıda verəcəm ama bunları önə çəkən şey, RETRO dizaynlarıdır. Em5  bir az daha kiçikdir Fujifilmə görə, ama üzərindəki düymələr də bir o qədər qarışıqdır… o bapbalaca fotoaparata o qədər düymə yerləşdiriblər ki, düymələrə basmaq üçün gərək sənin barmaqların qız barmaqları kimi nərmə-nazik  ola…

pic_01

E-M5 M2  M4/3 (18 x 13.5mm) sensora, X-T10 isə APS-C (23.6 x 15.8mm) sensora sahibdir. Daha böyük sensor daha yaxşı olsa da, EM5-in AF və 5 istiqamətli stabilizator sistemi daha kəskin şəkillər çəkməyə imkan verir.

Hər iki fotoaparatın texniki xüsusiyyətlərini aşağıdakı linklərdən oxuya bilərsiniz:

http://www.fujifilm.com.tr/urunler/urun.aspx?c=154&u=327

http://www.olympus.com.tr/site/tr/c/cameras/om_d_system_cameras/om_d/e_m5_mark_ii/index.html

Hər iki fotoaparat istənilən keyfiyyəti verəcək gücdədir. PRO DSLR yanına alınacaq ikinci bir fotoaparat kimi hər ikisi istifadəçini razı salacaqdır. (Birə bir istifadə etməmişəm, ama bütün interneti bir aydır bunları araşdırmağa sərf eləmişəm)

Fikrimi dəqiqləşdirən kimi sifariş edəcəm. Gəldiyi zaman ətraflı yazaram bu haqqda… Ama kiminsə əlində bu fotoaparatdan varsa, mütləq əlaqə saxlasın. Baxmaq istiyərəm yerində. Çünki fotoaparatın ələ oturması, hissiyatı çox vacibdir…

 

 

Fujifilm və Olympus” üzərinə bir şərh

  1. Geri bildiriş: Kim nə alsın…!!!??? | Foto və Sənət

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma