Tamron 70-200 mm f/2.8 Di VC USD SP – TEST

Uzun müddət araşdırdığım 70-200 f/2.8  lenslərdən Tamron, Nikon və Sigma secimimi necə edəcəyimi düşünərkən, bir tanışımın verdiyi istiqamət ilə  işlənməmiş (və ya bir necə dəfə işlənmiş)  Tamron 70-200 f2.8 lensi  aldım (Amazonda 1500 dollardir).

12006639_655034574631249_3874657727788696821_o

Tamron 70-200 mm f/2.8 Di VC USD SP  – LD – XLD – RD – FTM – MR
(qisaltmalar üçün baxın: LENS QISALTMALARI)

Tamron 70-200 f2.8, ilk baxişda cox saglam  gövdəyə sahib bir obyektivdir. 1470 gram agirligi  və 197mm uzunluğu ilə fotoaparatın ucunda tank luləsi kimi durur. Bu böyüklük insanı qorxutsa da, şəkillərdəki keyfiyyəti, bu qorxunun və ağırlığın qarşılığını verdiyini sübut edir. Texniki xüsusiyyətləri aşağıdakı kimidir:
– 70-200mm məsafə uzaqlığı,
– 34-12 dərəcə görmə genişliyi,
– Maksimum f/2.8 diafragma açıqlığı
– Minimum F/32 diafragma açıqlığı
– 17 qrup 23 optik lens
– 9 bıçaqlı, dairəvi diyafragma
– 1300mm (1.3m) netləmə  məsafəsi
– VR – Görünü sabitləmə sistemi
– Tripoda bağlamaq üçün halqa
– 77mm Filtr diametr
– 86*197mm ölçülərdə
– 1470 gram ağırlığında

Lensin Dxomark dəyərləri də aşağıdakı kimidir:
tamron
Mənim istifadə etdiyim Nikon D7100-lə verdiyi dəyər isə belədir:
tamron dx
Digər Nikona uygun 70-200 f2.8 lenslərlə qarşılaşdırılması da belədir:
70-200all
Dxomarka görə Nikonun ən üst səviyyə fotoaparatı Nikon d810 ilə istifadədə önə çıxan lens Tamron 70-200 f2.8-dir.  (Canon 70-200 f2.8 L bu kateqoriyada  birinci sırada yer almaqdadır. Sadəcə Canon istfadə etmədiyim üçün qarşılaşdırmaya əlavə etmədim)

Obyektivi Nikon D7100-lə istifadə edirəm. DX format olduğu üçün 1.5x kəsmə ilə 70-200mm 105-300 mm-ə uyğunluq göstərir. Əslində, APS-C sensorlar FF lenslərin orta hissəsini götürdüyü üçün,  daha keyfiyyətli şəkillər meydana gətirməkdərdir. Bilindiyi kimi lenslərin ən kəskin olduğu yer mərkəz hissələridir. İstənilən lensdə kənarlara doğru yumuşalma vardır.

Lensin parasoleyi cox sağlam oturur yerinə. Sigma 17-50mm f2.8 lensim hər nə qədər mükəmməl kontrastlı və rəngli şəkillər çəksə də, parasoleyin yerinə yaxşı oturmaması və davamlı geriyə açılması, yaddan çıxdığı zaman şəkillərdə qaraltı meydana gətirməsi bezdirici bir xüsusiyyəti idi. Tamron bu incə detayda belə yaxşı işçılık edibdir. Lensin zoom halqası yumuşaq olsa da, netləmə halqası bir az ağır dönməkdədir.
Tamron70-200f2-8VC_525

Ayrica lens çox yaraşıqlıdır. Bəzi lenslər var ki, üzünə belə baxmaq istəmirsən. Canonun L seriyalı lenslərinin bəziləri çox əcayib durur (canon 24-105 L USM). Mən Nikonun dizaynını bəyənirəm, estetik işləyirlər. Tamronun və Sigmanın da bir çox lensi gözə xitab edir.
Lens, zoom halqasını çevirdiyin zaman uzanıb qısalmır, İF (İnternal Fokus) sisteminə sahib olduğu üçün, bütün hərəkətləri daxildə baş verir.

Tamron 70-200 mm f/2.8 Di VC USD SP – kimi yazılan adında SP (super performans) obyektivin keyfiyyətinin üst səviyyə olduğunu göstərir. Obyektivin  içərisində LD (LOVV DİSPERSİON) və XLD (Extra LOVV DİSPERSİON) lens, parlamaları azaldaraq ən kəskin görüntü verməyə kömək edir. 4 stopa qədər stabilliyə imkan verən VR (Vibration Compensation) gecə çəkilişlərini rahatlıqla əldə çəkməyi mümkün edir.

SP 70-200 VC OFF    SP 70-200 VC ON
(Tamronun saytından götürülmüşdür) 

22333

Video çəkilişləri zamanı, VC-nin performansını görmək olur.

Tamron 70-200mm f/2.8-in bokeh keyfiyyətinə bir nümunə:

Arxa fonun yumuşaldılması zamanı, yaranan işıq halqaları diafragma bıçaqlarının tam dairəsəl olmaması səbəbindən yarpaq kimi görsənir.

ARC_9286

Gecə çəkilişləri zamanı diafragma halqaların  keyfiyyəti:

İşığın az olduğu yerlərdə, obyektivin netləmə problemi ortaya çıxır. 200mm f2.8 de fokuslama daha da çətinləşir. Videonun sonunda bir neçə dəfə fokus düyməsinə bassam da, fokuslaya bilmədi.

Ştativ üzərində VC bağlı, əllə fokus etdikdən sonra 70mm və 200mm-də fərqlı diafragma dəyərlərində çəkdiyim şəkillərdən nümunə və detayları:

sekil 3

sekil 2

orenk 1 detay
(şəkillərin üzərinə vuraraq, böyük formatda baxa bilərsiniz – f4.5, 1/35  iso 100) 

Şəkilləri olduğu kimi  yerləşdirdim. Göründüyü kimi lensin ən kəskin olduğu dəyər f/8 və buna yaxın dəyərlərdir.

Səssiz və sürətli fokuslamaya dair nümunə:

Nümumə şəkillər (öz çəkilişlərimdir):

ARC_7450 ARC_7668 ARC_7675 ARC_7849 ARC_7870 ARC_7814 ARC_8744 ARC_8880ARC_9134 ARC_7869

2323232323 ARC_7195 ARC_7184 ARC_7147

YEKUN:
Gündəlik və peşəkar çəkilişlərinizdə istifadə edə biləcəyiniz, mükəmməl rəng dolğunluğu və kontrastı olan, saglam gövdəli, yaraşıqlı (:D) tam səssiz və sürətli netləmə edən, portiret şəkillər üçün birə-bir keyfiyyət verən super bir obyektiv istəyirsinizsə Tamron SP 70-200mm f/2.8 VC USD tam da sizə görədir. İşığın az olduğu məkanlarda netləmənin qərarsızlıq göstərməsi və ya netləyə bilməməsi tək mənfi tərəfidir. İndiyə qədər bu obyektivlə çəkdiyim iç məkan çəkilişlərində hər 100 şəkildən 10-da netləmənin qacdığı və ya netsizlik problemi olduğunu gördüm. Bütün bunlar Sizin üçün problem olmarsa qiymət və keyfiyyət olaraq çox kəskin və əla bir lensdir.

Müsbət tərəfləri
+ Kənardan kənara kəskin detaylı şəkillər
+ Şürətli və səssiz netləmə
+ Görüntü Sabitləmə sistemi mükəmməl işləyir
+ Toza, suya qarşı izalyasiyası
+ Möhkəm  və sağlam gövdəsi
+ Ucuz qiyməti
+ Hər məsafədə f2.8
+ Super portret lensdir

Mənfi tərəfləri
– Gecə vaxtı  netləmə yavaşlığı və dəqiqsizliyi

Tamron 70-200 mm f/2.8 Di VC USD SP – TEST” üzərinə bir şərh

  1. Geri bildiriş: Kim nə alsın…!!!??? | Foto və Sənət

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma