Dərs – İS16. Lens qisaltmaları.

Canon

  • AL Asp3heric Lens, rəng saçılmasının qarşısını almaq məqsədilə istifadə edilən obyektivlər.
  • CA Circular Aperture, normalda Chromatic Aberration üçün istifadə edilən bu qisaltma  Canon’da Circular Aperture olarak istifadə edilmişdir.  Diafragmanin açıklığının mümkün olduğu qədər  halqalı olması üçün, diafraqma biçaqlarının  oval olaraq dizayn edilməsidir.
  • DO Diffractive Optics, Rəng dağılmasıını azaldıb, optik keyfiyyətini artırarkən, daha qısa və daha yüngül telefoto obyektiv istehsalı üçün Canon tərəfindən inkisaf etdirilən optik bir texnalogiyadır.
  • EF Elektronic Focus, Elektronik netləmə, və FF lenslərin göstəricisidir.
  • EF-S APS-C formatlı fotoaparatlarda istifadə olunan və FF uyğun olmayan lenslərin adıdır.
  • IS Image Stabilization, Görüntü sabitləmə sistemi. Əl titrəmələrinin qarşısını almaq üçün, obyektiv içərisində olan  optik elementlərin hərəkəti ilə bu titrəmə minimuma yendirilir. Çəkilən şəkillər də kəskin görünməsinə kömək edir.
  • L Luxury, Canon’un ən üst səviyyə lens kateqoriyasıdır. Metal gövdə, suya və toza qarşı dayanıqlıdir. Bu cür lenslərdə  ən az 1 florit və 1 asferik, Ultra dispersion (UD) vəya super UD optik element  yer almaqdadır.
  • Macro Canon’un makro xüsusiyyətli, 1:1 yaxınlaşdıran  obyektivləridir.
  • MP-E Macro Photo, Makro çəkilişlər üçün istehsal edilən və avto netləmə sistemi olmayan obyektivlər üçün istehsal olunur.
  • STM Stepping-motor, video çəkilişlərdə obyektivin səssiz netləməsidir.
  • TS-E Tilt Shift, Prespektiv xətalarını və memarı çəkilişlərdə istifadə etmək üçün  xüsusi dizayn edilmiş obyektivin adıdır.
  • USM Ultra Sonic Motor, Ultrasonic sürətlə netləmə edir. STM səssiz, USM sürətlidir.

Nikon        nikon1

  • AF Auto Focus, Avtomatok netləmə, üzərində AF yazılan obyektivlər, fotoaparatın üzərində olan motorun köməkliyi ilə netləmə edə bilirlər.
  • AF-S Auto Focus – Silent, Səssiz avtofokus. Canonda Ultrasonic və STM qarşılığı.
  • ASP Aspherical lens elements, Geniş bucaq ( 10-24mm) ilə çəkilən şəkillərdə yaranan əyilmələri əngəlləmək üçün istifadə olunan mərcəklərə sahib obyektivlərdir.
  • CRC Close Range Correction, Yaxın məsafədən netləmə edildiyi zamana görüntünün keyfiyyətini artırmaq üçün istifadə olunan sistemdir.
  • D Distance, Obyektiv netləmə məsafəsini gövdəyə məlumat verir və beləliklə matrix ölçümünə və Flaşın tənzimlənməsinə köməkçi olur.
  • DC Defocus-image Control, Portret üçün dizayn edilmiş və netləmə kənarında qalan bölgələrdəki yumuşaltmanı dəyişdirilməsinə kömək edən sistemə sahib obyektivlərdir.
  • DX APS-C sensoruna uyğun aparatlar üçün istehsal edilən obyektivlərdir. Bu obyektivlər FF  aparatlarda istifadə oluna bilməzlər.
  • ED Extra Low Dispersion Glass,   Nikon obyektivlərində bu tip elementlər istifadə edərək, kəskinliyi artırmağa, düzgün rəngləri tutmaga və əyilmələri düzəltməyə çalışır.
  • FX Full Frame gövdəyə  sahib aparatlar üçün istehsal edilən obyektivlərdir. Canondan fərqli olaraq, Nikonda bu obyektivlər, APS-C sensorlu aparatlarda da istifadə oluna bilər.
  • G Bu obyektlərdə diafragmanı əllə tənzimləməyə kömək edən halqa yoxdur. Əvəzinə aparatın üzərindən elektronik olaraq dəyişdirilə bilinir.
  • IF Internal Focus, Daxili netləmə, netləmə zamanı obyektivin boyu  uzanıb qisalmaz, önündəki hissə fırlanmaz.
  • M/A Bəzi obyektivlərin üzərində olur, lensin avtofokus rejimində də əllə fokuslanmasına imkan yaradır.
  • Micro Makro xüsusiyyəti olan obyektivlərdir.
  • N Nano Crystal Coat, Nano Kristal üzləmə.   Nikonun ən yeni texnalogiyası ilə üzləməsi.  Bu tip obyektivlərdə isıqların parıldamasını və əks etdirməsinin qarşısını alır.
  • PC Perspective Control, Prespektiv xətalarını və memarı çəkilişlərdə istifadə etmək üçün  xüsusi dizayn edilmiş obyektivin adıdır.
  • RF Rear Focusing, Arxa lens qrupunun hərəkəti ilə netləmə meydana gəlir. Sürətli və yumuşaq netləmə üçün dizayn edilmişdir.
  • VR Vibration Reduction, Görüntü sabitləmə sistemi. Əl titrəmələrinin qarşısını almaq üçün, obyektiv içərisində olan  optik elementlərin hərəkəti ilə bu titrəmə minimuma yendirilir. Çəkilən şəkillər də kəskin görünməsinə kömək edir.
  • ML meniccus protective lens – ghostu azaldir.
  • SWM silent wave motor – səssiz netləmə.
  • RD  rounded diaphragm – arxa fonu flulaşdırarkən, diafragma içərisində olan poligon şəklində bıçaqlardan fərqlı olaraq, dairəsəl bıçaqlar daha yumusaq isıq effekti yaradr.
  • HRİ High refractive index lens, keyfiyyətli ama balaca lenslərə verilən addır.

Sony

  • A-Type Minolta bayonet sisteminə uyğun obyektivlərdir.
  • CZ Carl Zeiss optik elementləri olan obyektivdir.
  • DT Digital Technology, APS-C sensorlu fotoaparatlar üçün istehsal edilmiş obyektivlərdir.
  • G Sony-nin ən üst səviyyə lensləridir.
  • IF Internal Focus.  Daxili netləmə, netləmə zamanı obyektivin boyu  uzanıb qisalmaz, önündəki hissə fırlanmaz.
  • M 1:1 böyüklükdə görüntü alabilən  obyektivlərdir.
  • OSS Sadəcə E bayonet üçün,  fotoaparatlarda istifadə olunan titrəmə əngəlləyici sistemdır.
  • SSM Super Sonic Wave Motor. Səssiz avtofokus. Canonda Ultrasonic və STM qarşılığı.
  • SAM Smooth Autofocus Motor, davamlı və sürətli netləmə edən və ani olaraq avto rejimdən əllə rejimə keçməyə imkan verən sistem.
  • STF Smooth Transition Focus. Yumuşaq netləmə.
  • ZA Zeiss Alpha, Zeiss standartlarında Sony-nin istehsalı.

Pentax Ricoh

  • AL Aspherical Lens, Geniş bucaq ( 10-24mm) ilə çəkilən şəkillərdə yaranan əyilmələri əngəlləmək üçün istifadə olunan mərcəklərə sahib obyektivlərdir.
  • AF Auto Focus, avto netləmə sisteminə malik obyektivlərdir.
  • D /F Bu tip obyektivlər avto netləməni və difragmanı fotoaparatdan ayrıla bilir. Film sektorunda əllə həm diafragmanı həm də netləməni  etmək mümkündür bu lenslərlə.
  • D FA Full frame (35mm) fotoaparatlar üçün uyğun lenslərdir.
  • DA Full Frame fotoaparatlarda istifadə olunmayan, əllə dəyişdirilməyən lenslər.
  • DC Yeni texnalogiyalı sürətli avto netləməyə sahib olan obyektiv.
  • ED Extra low Dispersion, Obyektivdə yüksək performanslı və həssas lenslərin olduğunu göstərir.
  • IF Internal Focus, Daxili netləmə, netləmə zamanı obyektivin boyu  uzanıb qisalmaz, önündəki hissə fırlanmaz.
  • J Bu obyektlərdə diafragmanı əllə tənzimləməyə kömək edən halqa yoxdur. Əvəzinə aparatın üzərindən elektronik olaraq dəyişdirilə bilinir.
  • M Difragma və netləmə əllə edilir. Avto rejim yoxdur.
  • SDM Supersonic drıve motor, Sürətli və səssiz netləmə motoruna sahib obyektivlər.
  • WR Weather resistant, Suya və toza  davamlı lenslər.
  • STAR Pentaxın ən üst səviyyə, ən kəskin və ən düzgün rəng verən bahalı lensləridir. 

Sigma

  • ASP Aspherical, bu obyektivlərdə element sayısı azdır və bu səbəbdən daha kiçik və yüngüldürlər.
  • APO Apochromatic,  bu obyektivlərdə kromatik dağılmaları azalatmaq üçün xüsusi lenslər istifadə olunur.  Bu da, daha kəskin və daha kontrastlı görüntülərin əmələ gəlməsinə səbəb olur.
  • DC Bu kısaltma APS-C sensoruna uyğun aparatlar üçün istehsal edilən obyektivlərdir. Bu obyektivlər FF  aparatlarda tam olaraq istifadə oluna bilməzlər.
  • DG Full Frame govdələrə uyğun lenslərdir. APS-C tipli gövdələrdə də istifadə oluna bilər.
  • DF Dual Focus, ikili netləmə.  Obyektiv avtofokus ilə netləmə edərkən, əllə də netləməyə icazə verərək daha kəskin görüntü almanıza imkan tanıyır.
  • DN Aynasız fotoaparatlar üçün dizayn edilmis ən yüksək keyfiyyətli obyektivlərdir. 
  • EX Excellent, material və optik keyfiyyət olaraq Sigmanın ən üst səviyyə obyektivlərdiri.
  • HSM Hypersonic Motor, Sürətli və səssiz netləmə edəbilən motora sahib obyektivlər.
  • IF Internal Focus, Daxili netləmə, netləmə zamanı obyektivin boyu  uzanıb qisalmaz, önündəki hissə fırlanmaz.
  • OS Optical Stabiliser, Görüntü sabitləmə sistemi. Əl titrəmələrinin qarşısını almaq üçün, obyektiv içərisində olan  optik elementlərin hərəkəti ilə bu titrəmə minimuma yendirilir. Çəkilən şəkillər də kəskin görünməsinə kömək edir.
  • RF Rear Focus, Arxa lens qrupunun hərəkəti ilə netləmə meydana gəlir. Sürətli və yumuşaq netləmə üçün dizayn edilmişdir.

Tamron

  • AD Anomalous Dispersion, Standartdan kənar  Chromatic Aberrations deyilən rəng saçılmasını idarə edəbilmək məqsədi ilə xüsusi istehsal edilən şüşə.
  • AF/MF AF/MF Switchover Mechanism, Obyektivin üzərində  avto və əllə netləmə arasında keçid yaratmaq üçün bir kilid olur.
  • ASL Aspherical, elementlər olan lensdir.
  • BIM Built-In Motor for Nikon Cameras, Avtofoks motoru olmayan ilkin səviyyə Nikon fotoaparatlar  üçün xüsusi olaraq istehsal edilən, öz üzərində avtofoksu olan lenslərdir.
  • Di Digitally Integrated, digital sensorli fotoaparatlar üçün istehsal edilmiş lenslərdir.
  • Di II Dijitaly Integrated II, APS-C sensorlu fotoaparatlar üçün dizayn edilmiş obyektivdir, FF aparatlarda istifadə edilə bilməz.
  • IF Internal Focus, Daxili netləmə, netləmə zamanı obyektivin boyu  uzanıb qisalmaz, önündəki hissə fırlanmaz.
  • LD Low Dispersion, rəng saçılmasıının  qarşısını almaq üçün istifadə olunan lenslərin olduğu obyektiv.
  • PZD Piezo Drive, Daha performanslı və səssiz avtofokus üçün istifadə olunan  Piezoelectric motoru.
  • SP Super Performance, Tamronun ən üst səviyyəli lenslərinə verilən ad. Nikon N, Canon L serisi kimi.
  • USD Ultrasonic Drive. Yüksək sürət və səssiz netləmə motoru olan obyektivlər.
  • VC Vibration Compensation, Tamron’a aid titrəmə əngəlləyici mexanizmanın adı.
  • XR Extra Refractive Index Glass,  Qırılma indeksinin yüksək olduğu şüşələr istifadə edərək, obyektivin daha qısa olmasına imkan verən texnalogiya.
  • XLD Extra Low Dispersion Lens Element, Obyektivdə ekstra aşağı  rəng  dağılmasının və saçılmasının qarşısını alan sistem.
  • ZL Zoom lock mechanism, Yaxınlaşdırma kilit mexanizması.

Tokina

  • AS Aspherical Optics, asferik lenslerin olduğu obyektivdir.
  • AT-X Advanced Technology – Extra, ən yüksək imkanlarla istehsal edilmişdir.
  • D Digitally, digital gövdələr üçün istehsal olunmuşdur.
  • DX for DX format, APS-C sensoruna uyğun aparatlar üçün istehsal edilən obyektivlərdir. Bu obyektivlər FF  aparatlarda istifadə oluna bilməzlər.
  • FX Full frame, Full Frame gövdəyə  sahib aparatlar üçün istehsal edilən obyektivlərdir.
  • HLD High Diffraction Low Dispersion, qirilmaları ve saçılmaları ən aşağı səviyyəyə gətirməyə kömək edən lenslərin istifadə edildiyi obyektiv.
  • M Macro, makro çəkə bilən lenslər.
  • PRO Professional, möhkəmliyini artırmaq üçün alumite edilmiş obyektivlər.
  • SD Super Low dispersion, Rəng saçılmalarının qarşısını almaq üçün xüsusi şüşələrin istifadə edildiyi obyektivlər.

Samyang

  • AE Automatic Exposure, Obyektivin üzərindəki  mikrosxema ilə avtomatik kadrajlamağa icazə verir. Nikon bağlantili olanlarda TTL ölçüsü də ala bilir.
  • AS Aspherical, asferik lenslerin olduğu obyektivdir.
  • CS   APS-C vəya DX sensoruna uyğun aparatlar üçün istehsal edilən obyektivlərdir.
  • ED Obyektivin içindəki işıq paylaşımını azaldacaq extra-low dispersion elementlərinə sahib obyektivlərdir.
  • IF Internal Focus, Daxili netləmə, netləmə zamanı obyektivin boyu  uzanıb qisalmaz, önündəki hissə fırlanmaz.
  • MC Multi Coating, işıq yansımalarını azalatmaq və işığın keçirgənliyini artırmaq üçün xüsusi üzləməli lenslərə sahib obyektivlər.
  • UMC Ultra Multi Coating, MC əlavə olaraq daha da üst səviyyəsi.
  • MFT Micro Four Thirds systems üçün (aynasiz sistemlerin bəziləri) dizayn edilmiş obyektivlərdir. Başqa aparatlarda istifadə etmək mümkün deyil.
  • VDSLR Video işləri üçün istehsal edilmişdir. səssiz diafragma halqası, yumuşaq və səssiz netləmə etmənizə kömək edən sistemə sahib obyektivlərdir.

Fujifilm

  • XC Fujifilmin  aynasız gövdələrində istifadə etdiyi KİT obyektivlərdir. Plastik səth və sadə sistemləri səbəbilə daha ucuzdur.
  • XF Fujifilm aynasız gövdələrində istifadə etdiyi ən yüksək keyfiyyətdə obyektivləridir.
  • LM Linear Motor, sürətli və səssiz netləmə edə bilmək üçün istifadə olan az enerjili motor texnologiyasidir.
  • OIS Optical Image Stabilisation, optik sabitləyici sistem.
  • ED Extra Low Dispersion, Obyektivin içindəki işıq paylaşımını azaldacaq extra-low dispersion elementlərinə sahib obyektivlərdir.

Mənbəə: Firmaların rəsmi səhifələri
Tərcümə: Həsən İsmayılov

Dərs – İS16. Lens qisaltmaları.” üzərinə bir şərh

  1. Geri bildiriş: Tamron 70-200 mm f/2.8 Di VC USD SP – TEST | Foto və Sənət

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma