Nokia Lumia 1520 ilə çəkiliş.

a712313fcd2bd9b7760fdc6d7f076416

RAW ustası   –  Nokia Lumia 1520

Nokianın uzun müddətdir lider telefonu olan Lumia 1520, yüksək göstəriciləri ilə digər telefonlar və markalar arasında ilk sırayı tutmaqda davam edir. Bazarda reklamları səbəbindən İphone və Android telefonlara hər nə qədər maraq olsada, düzgün və stabil telefon olan Nokia Lumia-lar, populyarlıqdan uzaq qalırlar. Bir ildən çoxdur istifadə etdiyim bu telefonun, nələrə sahib olduğundan və ya göstəricilərindən yazmayacam. Mövzumuz, kamera performansıdır.

Nokia Lumia 1520, özündən əvvəl gələn 1020 kimi 41 mp deyil, program və texnalogiya olaraq yüksəldilmiş 20 mp Pureview  Zeiss kameraya sahibdir. Kameranın ana xüsusiyyətlərini aşağıdakı kimidir.

  • Ana kamera
    • Ana kamera: 20.0 MP
    • Kamera netləmə tipi: iki etaplı düymə ilə sıralı çəkiliş
    • Kamera optik xüsusiyyəti: 6 lensli optikler
    • Sabitləmə: Optik görüntü sabitləmə sistemi
    • Sürətli çəkiliş: 2-3 fps
    • Sensor ölçüsü: 1/2.5 inch
    • Əsas kameranın f dəyəti: f/2,4
    • Kameranın netləmə uzaqlığı: 26 mm
    • Kamera Flaş tipi: İkili LED flaş
    • Kamera xüsusiyyətləri: Arxa işıqlandırılmalı sensor, 2x yaxınlaşdırma, Pure View
    • Kameranın minimum netləmə məsafəsi: 10 cm
  • Video 
    • Video : 2k – 2160 x 3840, FullHD 1920 x 1080
    • Kamera video şürəti: 30/24 kare/saniyə
    • Kamera video yaxınlaşdırma: 3 x
    • Video  formatları: MP4/H.264

Test üçün çəkdiyim videoya aşağıdan baxa bilərsiniz.

Nokia 1520-nin kamerası, 16:9 modda  5+16 mp, 4:3 modunda 5+19mp dəyərində iki şəkil çəkir. 5 mp şəkil həm telefonun öz qalareyasında  və sosial şəbəkələrdə paylaşmaq üçündür. 16 və 19 mp şəkilləri isə yüksək ölçülərdə, daha detaylı və daha keyfiyyətli şəkillərdir. istəsəniz, 19/16 mp dəyərində RAW formatında da şəkil kimi yaddaşa verə bilərsiniz. RAW formatı, xam şəkildir, photoshop və oxşar programlarda üzərində işləmək mümkündür.

wp_ss_20150624_0001

Kameranı aktivləşdirdikdən sonra, ekranda görünən kamera işərisini sola doğru sürüşdürdüyümüz zaman, aşağıdakı kimi tənzimləmələr paneli açılır.

wp_ss_20150624_0003[1]

Burada, soldan sağa doğru işıq balansı, netləmə, İSO, Shutter Speed, və  +/- 3 EV düymələri yer almaqdadır. Bunlardan istifadə edərək, kameranın çəkilişini test edəcəyik.

İşıq Balansi (White Balance) – auto,  buludlu, günəşli, floresan və sarı işıq rejimləri mövcuddur.

Netləmə – auto, yaxın və sonsuza netləmə etmək mümkündür.

İSO – auto, 64/100/200/400/800/1600/3200 isoya qədər cıxa bilərsiniz, ama qumlanma həddindən artıq çoxdur.

Shutter Speed – auto, 1/16000 – 4 sn qədər çəkiliş edə bilərsiniz.

EV – -3 +3 arasında açıq və ya tünd şəkil çəkməyə imkan verir.

Telefonun kamera səsi mükəmməldir, DSLR-lər qədər olmasa da, mexaniki bir səs verdiyini deyə bilərəm. 10 sm-dən netləməsi, İSO aralığının yüksək olması (hər nə qədər qumlanma olsada), 1/16000  sürəti, 4sn-lik Long Exposure-la  normal bir DSLR-ə yaxın nəticə verdiyini deyə bilərəm. Samsung  telefonlarında hazır modlar kimi çeşidliliyi olmasa da, əllə tənzimləmələri şəkil çəkərkən daha çox imkan tanıyır insana.

Arxa fonun yumuşaldılmasına dair bir neçə şəkil. f/2.4 – şəkillər 5 mp-dir

WP_20150624_17_51_07_Pro WP_20150624_18_10_52_ProWP_20150624_19_47_03_Pro

 

 

Ümumi şəkillər:

WP_20150624_17_48_37_Pro WP_20150624_18_08_59_ProWP_20150624_20_40_01_Pro__highres

İSO – 64 və 3200-ə bir nümunə:
WP_20150624_18_14_56_ProWP_20150624_18_14_11_Pro

 

Telefonu bir yerə sabitləyib, axşam vaxtı 4sn-lik şəkillər də çəkə bilərsiniz.

WP_20150624_20_18_21_Pro

 

Flaşla çəkimə nümunə: (tam qaranliq otaqda)
WP_20150624_20_40_56_Pro__highres

 

 

Çəkilən şəkillərdə, yaşıl rəngə doğru bir meyillik hiss olunur. Gündüz, günəşli havalarda ideal şəkillər çəkən 1520, gece çəkilişlərində də sizi yarı yolda qoymayacaq. Qumlanma problemlərini Photoshop programi ilə düzəldə bilərsiniz.

Nəticə olaraq, Lumia 1520, bir fotoqrafın yanında daşıya biləcəyi ikinci bir kamera rolunu uğurla oynaya bilər. İstər video keyfiyyəti olsun, istər şəkil keyfiyyəti və DNG (RAW) çəkmək qabiliyyəti, bu telefonu fotoqraflara sevdirəcək gücdədir.

LUMİA 1520 – ilk RAW çəkəbilən ağıllı telefondur…

Lumia 1520 ilə çəkilmiş mükəmməl şəkillərə baxmaq istəyirsinizsə, burdan  davam edin….

 

 

 

 

 

 

 

 

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma