Dərs – İS2. Fotoaparat seçimi

Bu işin ən çətin tərəfi də, elə budur. Ortalıqda onlarla marka, yüzlərlə fotoaparat, minlərlə lens və milyonlarla aksesuar var… Hansını seçmeliyik? Bütün bu suallari maddələr halında parçalamaq daha yaxşı olar. 1-ci Dərsimizdə fotoaparatların tiplərini izah elədik. Bu yazımızda peşəkarlığa doğru getdiyimiz üçün, orta  və üst səviyyə fotoaparatlardan bəhs edəcəyik.

Fotoaparat  almaq,  paltar almağa bənzəməz, çox bahalı və davamlı üzərinə ekstralar istəyən bir işdir.  Bu işə maraq göstərdikcə, yeni şeylər öyrəndikcə aksesuar və lens ehtiyaclarınız çıxacaq üzə. Heç də ucuz olmayan lens və aksesuarlar, ciddi sərmayə tələb edir və bir müddət sonra Siz, başqa markaya və ya segmentə yönəldiyiniz zaman, köhnə aldıqlarınızın hamısıni çox ucuza satmaq məcburiyyətində qalacaqsınız.  Bu işə marağınız varsa, bol zaman və pul ayırmalısınız. Aşağıdakı yazılanlardan sonra, hansı yönə getmək istədiyinizə qərar verin və ona görə  fotoaparatınızı seçin.

YADDAŞ:  Daha çox ZOOM (yaxınlaşdırma) daha yaxşı demək deyildir. Daha çox MEGAPİKSEL  daha yaxşı demək deyildir. Səbəblərini aşağıda izah edəcəm. 

Əvvəlcə, istəklərimizi siralayaq.
– Həvəskaram, arada bir ailəmi, dostlarımı, gəzdiyim yerləri çəkəcəm və internetdə paylaşacam.
– Maraqlıyam, hər mövzuda şəkil çəkməyə cəhd edirəm, öyrənirəm, irəlidə peşəkar olmaq üçün can atıram.
– Orta peşəkaram, bir sahəm var və bu işdən pul qazanmağa başlamışam. Yeni texnalogiyaları öyrənirəm.

XATİRLATMA: İnsanlarda bir düşüncə var, bir yerə çəkilişə getdiyiniz zaman, fotoaparatınız ən yaxşısı olacaq ama o alhaleyfotoaparatda insanların bildiyi olacaq. Məsələn, Canon 5D M3-ü bir çox insan bilir və sifarişlərinin də bu fotoaparatla çəkilməsini istərlər (Canon reklamının uğuru). Sən Nikon 4Ds və ya Canon 1Dx-lə getdiyin zaman, bilmədikləri üçün əsəbləşə bilərlər….  Halbuki sonuncuları, daha  güclü fotoaparatlardır…. 

Fotoaparatların segment və imkanları dəyişkən olduğu üçün  bunların xitab etdiyi qrup da fərqlidir. Birinin pulu var deyə gedib Nikon 4Ds-ə pul verib, sonra 100-200 şəkil çəkib kənara atması istənməyən bir vəziyyətdir. Buna görə, fotobilginiz inkişaf etdikcə buna görə yönünüzü və imkanlarınızı artırmaq məsləhətdir. Mən 2011-də Canon 60D ilk fotoaparatımı aldım. Bir neçə il sonra satib,  yerine Nikon D7100-lə davam etdim və bu gün də eyni fotoaparatı istifadə edirəm. Mənim istiqamətim Səyahət və mənzərə fotoqrafçılığıdır. Böyük çap işim olmadığı üçün APSC sensorlu fotoaparat mənim işimi görür və bahalı fotoaparatlara ehtiyac görmürəm. Bununla yanaşı, aynasız Sony A7 m2 və ya Sony A7000 (çıxarsa) almağı düşünürəm. Bu da texniki imkanları və yüngül olması səbəbindən. Yəni, ən yaxşısı xəstəliyinə qapılmayın. Mənim şəxsən tanıdığım bir neçə peşəkar var ki, aynasiz fotoaparat istifadə edir. Siz də, pulunuzu lazımsız şeylərə verib, sonra bir kənara atmaq istəmirsinizsə, diqqətli olun.

Aşağıdakılar, bir fotoaparatın ən vacib xüsusiyyətlərindəndir. Bunları diqqətə alın:
– PİKSEL: Görüntünü meydana gətirən işıq nöqtələrinə verilən addır. Megapiksel (mp)  adlandırdığımız bu sistemde, piksel sayisi nə qədər çoxdursa, şəklin ölçüləri bir o qədər böyükdür. Misal üçün, 6mp=2992 x 2000,  13.5mp=4496 x 3000,  24mp= 6000×4000. Ama bilinənin əksinə, megapiksel dəyərinin yüksək olması, şəklin keyfiyyəti ilə əlaqədar deyil. Burda vacib olan, sensordakı piksellərin  µm2 olaraq böyüklüyüdür. Məsələn, Nikon D7100 24mp-dir, APSC sensora sahibdir ama piksel böyüklüyü 15.3 µm2-dir.  Nikon D750-də 24.3 mp-dir, Full Frame-dir, ama piksel böyüklüyü 35.4 µm2-dir. Bu o deməkdir ki, Nikon D750 və Nikon D7100 24 megapiksel olsa da,  sensorlarının fəqrləri səbəbindən, D750 daha keyfiyyətli və daha kəskin şəkillər çəkə bilir. Məsələn,  Olympus OMD -Em-5 m2  4/3 sensora, 6.2 µm2 və 16 mp-e sahibdir,  . Nikon D4 də Full Frame sensora , 16mp və piksel böyüklüyü 54.3µm2-dür.  Pixellərin böyük olması, yüksək İSO-nun da istifadəsinə imkan yaradır və şəkildə Noise yaranmamasına səbəb olur. Fotoaparat alarkən, megapiksel dəyərinin yüksək olmasındansa, sensorunun böyük olması  Sizə daha çox şey qazandıracaqdır.

– SENSOR: Piksellərin toplandığı və görüntünü meydana gətirən yerə verilən addır. CMOS-DSLR-İki tip sensor var CCD və CMOS. CCD  sensorlar köhnə texnalogiyalı, istehsalı çox bahalı ama ən keyfiyyətli görüntü meydana gətirirlər və ən bahalı fotoaparatlarda yer alırlar, CMOS sensor isə, istehsalı ucuz başa gələn və yeni texnologiyaya sahib, müasir fotoaparatların  bir çoxunda istifadə edilir.
Markalara və fotoaparatlara görə sensor ölçüləri fərqlilik göstərməkdərdir. Aşağıdakı qrafikdə bu ölçüləri görə bilərsiniz.
Sensor_Size_IllustrationTəbii ki, burada ən güclü sensor, medium formatdir, Hasselblad, Blackmagic kimi markalarin istifadə etdiyi  orta formatdır və qiymətləri də çox yüksəkdir. Populyar fotoaparatların istifadə etdiyi 35mm Full frame və APS-C sensorlar daha ucuza başa gəlir. Nikon D610, D750, D810, D4 və Canon 6d, 5d Mark 3, 1dx 35mm fullframe sensora sahib fotoaparatlardandır. Bütün orta səviyyə DSLR-lər APS-C sensorunu istifadə edərlər. Sensor kicildikcə şəkillərdəki arxa plan fluluğu azalar və qumlanma (parazit) artar.  Fotoaparat alarkən, görəcəyiniz işlə bağlı olaraq hansi format uyğundur sizə, onu alın.  35 mm fullframe sensorlu fotoaparatlar, bu işdən pul qazananlar üçün daha uyğundur. Digər formatlar orta səviyyə və həvəskarlar üçün yetərincə keyfiyyət verməkdədir.

– İSO: – Bir görüntünün yaranması üçün sensor üzərində düşən işığın miqdarına verilən addır. İSO miqdarı hansı fotoaparatda coxdursa, o daha az parazitlə şəkil çəkir. İşığın miqdarının azaldığı yerdə  İSO -nu yüksəldərək, daha aydın şəkillər çəkmək mümkündür. Ama İSO yüksəldikcə şəkildəki parazitdə çoxalır. Ən keyfiyyətli şəkil, ən aşağı İSO-da çəkilir (50-100 İSO). Fotoaparat alarkən İSO miqdarının yüksək olmasına diqqət edin.

– FPS:  Fotoaparatın bir saniyədə çəkəbildiyi şəkil sayısına deyilir. Əgər idman fotoqrafı olmayacaqsınızsa, yüksək FPS-li fotoaparat almağın bir mənası olmayacaq. Canon 7D m2 saniyədə 10 şəkil çəkə bilir. Bu fotoaparat, idman və quş fotoqrafçılığı ilə məşğul olanlara lazimdir. Orta səviyyə DSLR-lər 4-5 fps imkana sahibdirlər.

– BATEREYA: – Fotoaparatların hamısının bəlli bir batereya ömrü var.  Ən yüksək göstəricili  fotoaparatlar 1200 şəkil  çəkə bilir, ama  flaş istifadə edərsinizsə bu rəqəm dəyişə bilər. Əlavə Battery Grip qoyarsaniz, iki qatına cıxa bilərsiniz, lakin fotoaparatın ağırlığı artar.

– LENS: – Fotoaparat alarkən, o markanın lens çeşitliliyinə baxın. Canon və Nikonun bu sahədə liderdirlər. Nikonun lensləri canondan baha da olsa, keyfiyyətləri daha yüksəkdir, Canonda lensləri iki hissəyə ayrılıb, Normal lenslər, L seriyalı lenslər. L seriyalı lenslər daha bahalı və daha  kəskindirlər. Sony Zeis lenslerinden istifadə edir və bu lenslər həm az tapılır, həm də qiymətləri çox yüksəkdir. Lenslər barədə ayrıca dərsimizdə geniş izah edəcəm.

– VİDEO: – Hər nə qədər fotoaparat  şəkil çəkmək üçün nəzərdə tutulubsa da, maraqlı olanlar üçün video rejimi də yerləşdirilib.  Bir çox DSLR-lərdə video rejimi var və  Full HD formatda 30p/60p çəkə bilir. Burda diqqətə alınacaq xüsusiyyət, video çəkərkən aparataın davamlı netləmədə bacarıqlı olsun. Canon və Sony bu işdə çox irəlidə sayılarlar. Canon 70D +STM lenslə demək olar ki, səssiz və problemsiz netləmə edərək video çəkə bilərsiniz. Sony A7 seriyası ilə video imkanlarını genişləndirdi və 5 istiqamətli stabilizatoru ilə titrəmədən, demək olar ki, net video çəkə bilərsiniz. Ama video maraqlıları  DSLR almaz. Fotoaparatı şəkil çəkmək üçün alırlar. Nikon bu işdə çox prinsipialdır.

– YADDAŞ: – Fotoaparat alarkən diqqət edin ki, iki yaddaş kartı yuvası olsun. Cünki bəzən (mənim çox başıma gəlib) komputerin üzərində unuda bilirsən. Və ya biri dolarsa digərini istifadə edə bilərsən.  Ola bilsin ki RAVV format çəkdiklərinizi bir karta, JPEG-ləri digər karta yazılmasını istəyə bilərsiniz. Ya da bir çəkilişə getdiniz, çəkdiklərinzin əhəmiyyət dərəcəsi yüksəkdir və siz şəkilləri eyni anda hər iki karta yazdıraraq bir kopyasını  siğortalaya bilərsiniz.

Fotoaparat alarkən bunlara diqqət edin, digər məsələlərə başqa dərslərdə toxunacam.

DİQQƏT:
– `Ən bahalı ən yaxşıdır` fikrindən uzaq durun. (ən azından bu fikir doğru da olsa, sizin ehtiyacınız bu olmaya bilər) 
–  Başlamaq və bir neçə il şəkil çəkmək üçün  `Ən Yaxşısına` ehtiyacınız yoxdur. (istiqamətinizi anlayana qədər, boş yerə o qədər aparata pul verməyin)
– Canon, Nikon və ya Sony deməyin. Hər fotoaparatın sevilən bir tipi vardır. Sadəcə bir markaya başladınızmı, digərinə keçmək çətin olur.  

Əlavə olaraq  YENİ BAŞLAYANLAR NƏ ETMƏLİDİR? yazını oxuya bilərsiniz.

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma