Aynali və Aynasız

Bir neçə ildir ki, ortalıqda kompakt fotoaparatlara bənzəyən aynasızlardan söz edilməkdədir. Bəs Aynasız nədir?

Digital SLR fotoaparların işləmə mexanizmasında daxildə bir ayna mövcutdur və bu ayna lensdən gələn görüntünü bir başa Vizora göndərir. Vizor bizim şəkil çəkərkən baxdığımız kiçik və hər şeyi bir tonda gördüyümüz yerdir.

dslr-kesit-01-600x520

 

 

Şəkildə  görüldüyü kimi, işıq əvvəlcə lensdən aynaya sonra vizora gedir,  şəkil cəkmək üçün düyməyə basdığımız an, ayna yuxarı qalxır və işiq sensora  çatır. Bir az qarmaşıq bir sistem olsada buradakı aynanın əsas vəzifəsi işığı lazımi yerlərə ötürməsidir.

Aynalı sistemlər peşəkarlara xitab eləsə də, həvəskarların da diqqətindədir. Ama bu möhtəşəm texnalogiyanın yanında bəzi  mənfi tərəfləri var. Aynanın 45 dərəcə durması səbəbindən, lens sensordan uzaq qalır və bu lenslərin istehsalında  görüntülərin qırılmaması üçün əlavə optik şüşələrin yerləşdirilməsi ehtiyacı dogur. Buna görə də DSLR fotoaparatların həm özləri agır olur, həm də lensləri. Bir səyahətə getdiyiniz zaman əlavə iki lensinizin və fotoaparatınızın  4 kg qədər cəkidə oldugunu  nəzərə alsaq,  səyahət sizə işgəncə kimi gələ bilər. 1950-ci illərdən sonra  hazırlanan bu aynalı sistemlər, bu gün ən yüksək texnalogiyaya sahib olsalarda agırlığı və baha qiyməti səbəbilə yerini bir neçə ilə aynasızlara verəcəkdir.

f70e4754-3880-4a72-8e1a-12f07bf546f4

 

Elektronik vizörün inkişafı ilə birlikdə, optik vizor aradan qalxır və solda görülən qarışıq mexanizma ləvğ olunur. Bu mexanizmanın ləvği, fotoaparatın  daha yüngül çəkili və  daha kicik ölçülü olmasına səbəb olur. Aynali fotoaparatlarda şəkil çəkərkən, düyməyə basdığımız anda aynanın qalxması zamanı yaranan titrəmə, aynasızlarda yoxdur.  Lensin sensora daha yaxın olması, daha  sadə lens və daha kəskin görüntü deməkdir.

2043152185_1161313311_2

 

Bu o demək deyil ki, aynalı fotoaparatlar  pisdir. Əsla.  Heç bir peşəkar əlinə balaca bir aynasız alıb, hər hansı bir toy və ya tədbir çəkilişinə gedə bilməz. Ən azından insanların görmək istədiləri daha böyük lenslər və daha böyük fotoaparatlardır. Cünki cəmiyyətin hələ ki, bunu tələb edir. Ama zaman içərisində bu dəyişəcək və  aynasızlar daha populyar olacaq. Necə ki, 20 il bundan qabaq kompüter dedikdə bir otaq boyda mexanizma düşünürdük, indi cibimizə sığır, zamanla bu böyük, agır və bahalı sistemlər, yerini daha kiçik sistemlərə buraxacaqdır.

Aynasiz fotoaparatların müsbət cəhətləri:
– Həcm – Aynasız fotoaparatlar AF sensoru, pentaprizma və aynaları olmadığı üçün daha yüngül və kiçik həcmlidirlər.
– Sensor – Aynasiz fotoaparatlarda bir neçə sensor ola bilər. FF, APSC, Four Thirds. Ən inkişaf etmişi FT-dir.
– Sürət – DSLR-də ayna sistemi səbəbilə, maksimum sürət saniyədə 10 fps-dir (bu da ən bahalı olan Nikon və Canon modellerində), Aynanın qalxıb yenməsi ilə daha limitli olan DSLR-lər, aynasızlara nisbətən cox yavaşdırlar. Aynasız  fotoaparatlar saniyədə 10 – 60 fps- də şəkil cəkmək mümkündür.
– Elektronik Vizör – Optik vizördən görünən tək rəngli sadə sistemdən fərqlı olaraq, elektronik vizördə  canlı şəkli birəbir görmək mümkündür.
– Qiymət – Aynasız sistemlər indilik yeni olsada, qiymətləri aynalılara görə çox ucuzdur.

Mənfi cəhətləri:
– Lens – Aynasızların yuvaları fərqlı olduğu üçün özünə xas  çox az sayıda lensi  mövcuddur. Əlavə aparatlarla digər lensləri də istifadə etmək mümkün olsada, orjinal lenslərinin kəskinliyini və rəng dolgunlugunu vermir. Ama bir neçə ilə bu da aradan qalxar.
– AutoFocus – Aynasiz sistemlərdə istifadə edilən Kontrast Detecton focuslama sistemi, aynali fotoaparatlarda istifadə edilən Phase Detection sistemindən yavaş olduguna görə, hərəkətli mövzularda, gecə çəkimlərində geridə qalır.
– Batereya  – Aynasizlarin en böyük mənfi cəhətləri  batereya ömürlərinin aşağı olması, ortalama bir DSLR ilə 1200 şəkil çəkərkən, aynasizlar ilə ortalama 400 şəkil çəkmək mümkündür.
– Sensor – Aynasiz modellerdə daha kiçik sensorlardan istifadə edilir, bu da işığın az olduğu vəziyyətlərdə, daha parazitli şəkil deməkdir. Aynalı fotoaparatların FF aparatlarında istifadə edilən  35x24mm sensorlar ən keyfiyyətli şəkil istehsal edən sensorlardır. Ona görə də Peşəkarların seçimi hələ uzun müddət bu olacaqdır. Hər nə qədər Sony A7 seriyasi aynasiz və Full Framedir, onun da lens qıtlığı var.  Aynasizların bir coxu  4/3` sensor istifadə edirlər.

aynasiz2

Yekun olaraq deyə bilərəm ki, həvəskarların və səyahət edənlərin sevərək istifadə edəcəkləri aynasızların peşəkarlara xitab eləməsinə hələ uzun bir müddət var.

Ala biləcəyiniz ən yaxşı 5-lik  aynasızları aşağıda sıraladım:

1. Sony A7  M2 – 24 mp, Full frame
2. Fujifilm X-T1 – 16.3 mp, APS-C
3. Olympus OM-D E-M5  – 16.1 mp, Four Thirds
4. Samsung NX 300  – 20.3 mp, APS-C
5. Panasonic Lumix GX7  – 16 mp, Live MOS

 

 

Aynali və Aynasız” üzərinə 2 şərh

  1. Geri bildiriş: Dərs – İS1. Fotoaparatlar və onların növləri |

  2. Geri bildiriş: Fotoaparatlar və onların növləri – Fotoqraflar

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma