RAW və JPEG

JPEG-dən  fərqli olaraq RAW, xam şəkildir. Bir növ yuyulmamış film lentləri kimi başa düşə bilərsiniz. Hər bir fotoaparatın menusunda RAW şəkil formatı  mövcuddur.  Əgər  şəkillərinizin  üzərində sonradan Photoshop (və ya bənzəri) kimi programlarda düzəltmələr edirsinizsə RAW formatı daha çox imkan vercəkdir sizə. Peşəkarlar JPEG/TİFF formatı ilə yanaşı mütləq RAW olaraq da şəkil çəkirlər.  RAW nədir və necə işlənir, bir də buna baxaq:

ARC_0132

1. RAW düzəltmə programları :
– Adobe Photoshop  –   Əlavə olaraq  Adobe Camera RAW   və  Adobe Lightroom
– DxO Optics Pro  – iki versiyasi var, ESSENTİAL və ELİTE.
– Google Picasa

2. RAW çəkmək üçün səbəblər:
– RAW şəkil çəkəndə işıqlı və kölgəli sahələrə aid məlumatları da dosyanın içərisinə əlavə etmiş olursunuz. Buna görə də şəkil çəkərkən bir az daha işıqlı və ya daha qaranlıq çıxmağının bir problemi yoxdur.  Programla düzəldə bilirsiniz.
– RAW dosyalarını korretktə edərkən  JPEG və ya TİFF olaraq çıxarmadığınız müddətcə,  etdiyiniz bütün dəyişiklikləri sıfırlamaq mümkündür.
– RAW dosyalarında yüksək miqdarda xam məlumat olduğu üçün, ən həssas dəyərlərdə korrektə edə bilərsiniz.
– JPEG şəkillər sixişdırılmış, daha az rəng çalarına və detaylara sahibkən, RAW sixişdirlmamıış, daha çox rəngə və detaya sahibdir.
– RAW şəklin ən müsbət tərəfi, çəkiliş vaxti daxil etdiyiniz  və ya düzəltməyi unutduğunuz parametrləri sonradan programla düzəldə bilirsiniz.
– RAW korrektə edərkən, netlik nöqtəsi və f dəyərini (mis. f/2.8-i f/8) dəyişdirə bilməzsiniz. Geri qalan hər şeyi dəyişmək mümkündür.
– RAW şəkili JPEG-ə çevirsəniz belə, fotoaparatın çəkdiyi orjinal JPEG dosyasından daha keyfiyyətli və orjinal rənglərə sahib olur.

3. RAW şəkil necə çəkilir:
– Fotoaparatınızın menüsundan RAW +JPEG fine seçin,
– Şəkil çəkməyə başlayın. Çəkdiyiniz  səhnəni bir neçə dəfə çəkin və hər birini bir az daha işıqlı və ya qaranlıq çəkin.
– Dosyaları Photoshop+Camera RAW programında açın.
– Düzəlişlərinizi etdikdən sonra şəkillərin hamısını birləşdirin.
– HDR Effex Pro ilə birləşdirilmiş şəkli effekt verin və ortaya çıxan əsərə tamaşa edin.

jpeg+raw+hdr

P.S. – bəzi terimlərin azərbaycanca tam qarşılığı olmadığı üçün ingilis dilində yazmaq məcburiyyətindəyəm.

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma