Işıq oyunu

ARC_954222

 

Şəkil çəkmək üçün minlərlə texniki yol var. Bunlardan biri də Long Exposure deyilən (azərbaycancası hər halda `Uzun ifşa`-dir) texnikadır. Yuxarıda gördüyünüz şəkil, tam qaranlıq bir otaqda 30 sn müddətində çəkildi. Bu cür şəkil çəkmək üçün aşağıdakıları təqib edin.

1. Tam qaranlıq bir otaq şəraiti yaradın. Heç yerdən işıq gəlməməlidir.

2. Modelinizin hansı formada duracağını təyin edin. (Siz başqa formalar da yoxlaya bilərsiniz)

3. Fotoaparatınızı Tripoda (3 ayaq) sabitliyin.

4. Çəkiliş modunu M-ə gətirin.

5. f dəyərini 8-11 arasında düzəldin. İSO 100 edin.

6. Shutter Speed dəyərini 30 sn edin.

7. Modelinizin üzərinə işıq salaraq netlədikdən sonra, lensin üzərindən avtomatik netləməni  söndürün.

8. Tripod üzərində olduğu üçün Optical Stabilization-i söndürün.

9. Şəkili çəkmək üçün mütləq bir Remote Controller (uzaqdan idarəetmə)-dən istifadə etmək lazımdır.

10. Fotoaparat  aynanı qaldırıb  işığı oxumağa başladığı andan, əlinizə bir fənər götürüb, modelin üzərində yaxından gəzdirisiniz. İstədiyiniz formada işıq yolu düzəldə bilərsiniz.

11. Bittikdən sonra ortaya belə bir şəkil çıxacaq.

Burda diqqət etməlisiniz:

– Fotoaparatın menusunda Long Exposure Noise Reduction-i söndürmək lazımdır.
– İşıq hərəkətini çox qarışıq etməməlisinz, yoxsa sonda ahəngsiz bir görüntü yaranacaqdır.
– Çəkiliş zamanı heç bir filtrdən istifadə etməyin.

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma