Yeni Nikon D7200 və D7100-lə fərqi

nikon-d7100-18-105mm-vr-lens-1258-p

2 ilə yaxındır Nikon D7100 istifadə edirəm. Seqmentinin ən yaxşısı olması ilə birlikdə Nikon D3-ün bir alt səviyyəsində qalırdı. Göstəriciləri PRO D-SLR-lərlə eyni olan Nikon D7100 istənilən istifadəçi üçün yetərli keyfiyyət və imkan yaradırdı. D7100-ün əksik gördüyüm bir neçə  xüsusiyyəti var, bunlar:
– Wifi  olmaması  (bunu xarici adaptor qoymaqla həll etmək olurdu)
– Dönən ekranının olmaması (makro və video çəkərkən çətinlik yaradır)
– Video rejimində F dəyərinin dəyişdirilə bilinməməsi
– Video rejimdə netləmə sürətinin aşağı olması  ( buna səbəb kimi nikon şəkil çəkmək üzərində durduğunu göstərir)

Canon-un 70D modelindən sonra video maraqlıları daha çox Canona meyil etdiyi üçün, Nikon D7100-ü inkişaf etdirərək D7200 modelini satışa çıxardı.

Nikon-D7200-with-Nikkor-300mm-f4-lens

 

Gövdə olaraq, Nikon D7100-lə  heç bir fərqi olmamaqla birlikdə, bir miqdar dəyişiklik mövcüddur. Ama yenə də hərəkətli ekran yerləşdirmədilər. Canon 70D -yə qarşı gözlənilən bu xüsusiyyət,  Nikon tərəfindən yenə diqqətə alınmadı.

Nikon D7100-ün xüsusiyyətləri:

  • 51 AF nöqtəsi, 15 -i  cross-type;
  • Saniyədə 6 kadr çəkmə sürəti
  • 24 megapixel APS-C CMOS Sensor (1.5 crop)
  • ISO 100 – 6400
  • Full HD 30 fps video

Nikon D7200-ün xüsusiyyətləri:

  • 51 AF nöqtəsi, 15 -i  cross-type;
  • Saniyədə 6 kadr çəkmə sürəti
  • Time Lapse çəkmə
  • 24 megapixel APS-C CMOS Sensor (1.5 crop)
  • ISO 100 – 25600
  • Daxili Wi-Fi və NFC
  • Full HD 60 fps video
  • ME-W1 Wireless mikrofon

Nikon D7200-ün D7100-dən fərqləri:

– Nikon, D7200-də D750 modelində olan Multi-CAM 3500 II AF Sensorunu istifadə edib, bu da daha sürətli fokuslamaq deməkdir.
– Daxili Wifi və NFC var.
– Yeni nəsil Expeed 4 prosessoru var. (D7100-də Expeed 3 vardı) Bu prosessor daha sürətli çəkilişə, daha az parazitə və daha keyfiyyətli şəkil çəkməyə imkan  yaradır.
– Batereyya daha güclüdür. D7200 – 1110 şəkil / D7100 – 950 şəkil

Daxili Wi-Fi və NFC  olması istənilən və ehtiyac olan bir xüsusiyyət idi. Çəkdiyiniz şəkilləri istədiyiniz an tabletə və ya telefona göndərə, həmçinin bunlardan da şəkili uzaqdan çəkə bilərsiniz. Video performansından internetdə danışılır, fotoaparat əlimdə olmadığı üçün bunu test etmə imkanım olmadı. Ama göstərilən xüsusiyyətlər daha güclü bir video kamera kimi də istifadə ediləcəyinin xəbərini verir.

Əlində Nikon D7100 və buna yaxın keyfiyyətdə fotoaparatı olanların seçəcəyi  və ya dəyişdirəcəyi bir aparat deyil Nikon D7200. Wifi xaricində mənim də marağımı çəkən bir fotoaparat deyil.  Ama  yeni aparat almaq istəyənlər bir az da gözləsə daha yaxşı olar, Nikon D7200-ün yenilikərindən bəhrələnsinlər. .

Yekun olaraq  Nikon D7200, D7100-ün bir az daha yaxşılaşdırılmış halıdır.

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma