Yeni başlayanlar nə etməlidir?

nikon-kamera-ekipman

Fotoya  yeni-yeni başlayanların,  internetdən “hansı fotoaparat” sualına cavab axtardıqlarının şahidi oluram. Bəziləri də  bu işlə məşğul olan tanıdıqlarından soruşurlar: Şəkil çəkmək istəyirəm, hanısını fotoaparatı almalıyam!!! Bizim millətin də “Ən yaxşısı” xəstəliyi var… İphone 6s alır, sonra mahnını aparıb maqazində yazdırır, 4×4 Ofroad alır, (şəhərdə sürməyə) palçığa batanda 4 təkəri qoşmağı bacarmir (iki dəfə özüm şahid olmuşam). Keçən bir tanışım zəng edib soruşur ki, “istəyirəm, şəkil çəkəm Nikon d810 yaxşıdır, yoxsa Canon  5d MIII?”……. Soruşuram heç fotoaparat işlətmisən, deyir yox…. Bu cür suallara  cavab olsun deyə qərara aldım ki, belə bir yazı yazım.

Kimə nə lazımdır?

Bunu cavablandırmaq üçün əvvəlcə nə istədiyinizi bilin.

– Bu işlə məşğul olma səbəbiniz nədir və buna nə qədər vaxtınızı ayıracaqsınız?
– Bu işdən pul qazanmaqmı istəyirsiniz yoxsa it-pişik şəkillərimi çəkəcəksinzi?
– Bu iş üçün nə qədər pulunuz var və gələcəkdə nə qədər büdcə ayıra biləcəksiniz?
– Texnalogiya ilə əlaqələriniz necədir və yeni texnalogiyalara məntiqinizi işlədə bilirsinizmi?

Bəlkə də milyonlarla insan var ki, bu işə həvəslənib, bütün avadanlığı alıb, bir neçə yüz şəkil çəkəndən sonra bir kənara atıb. Əgər bunlardan biri də Siz olacaqsınızsa, heç bu məqalənin arxasını oxumağa dəyməz, yox, əgər bu işdə peşəkar olmaqda niyyətlisinizsə onda aşağıdakılar Sizə görədir.

– Heç fotoaparatla şəkil çəkməmisinizsə (telefon xaric – söhbət DSLR fotoaparatlardan gedir), bu cür böyük aparatların tutmaq qaydasını belə bilmirsinizsə “ƏN YAXŞISI”-na həvəslənməyin. Gedin ən ucuzundan bir APS-C sensora sahib fotoaparat alın. Buna misal olaraq, Canon 700D, 750D, Nikon D5500, D3100 və s. sıralamaq olar.  ( Fujifilm, Sony Alfa, Panasonic, Leica, Sigma fotoaparatlar da mövcuddur, sadəcə onlardan heç vaxt istifadə etmədiyim üçün, Canon və Nikondan nümunə verirəm).

canon-vs-nikon

–  Fotoaparat alanada markaya bağlı qalmayın. Yaxşı düşünün, bir istiqamətdə davam edin. Çünki irəlidə alacağınız aksesuarlar, marka dəyişdiyiniz zaman heç bir işə yaramayacaqdır. Heç bir marka, digərindən daha yaxşı deyil. Fotoaparat bir vasitədir. Kompozisiyanı aparat meydana gətirmir. 60 min dollarlıq fotoaparat belə çox vaxt pis şəkil çəkə bilir. Fotoaparatınız ən yaxşısı olmasa da olar, ki məncə olmamalıdır. İlk bir neçə ili öyrənməyə və fərqli texnikalar ilə şəkil çəkməyə ayırmalısınız.

Yeni başlayanlar və həvəskarlar nə etməldir?

1. Fotoaparatınızı alın.
–  400-600 dollar arası həm Canonda, həm də Nikonda  çox yaxşı fotoaparatlar var. Fotoaparat alarkən üzərində verilən kit lenslər,  sizin üçün lazımi keyfiyyət  verəcəkdir. Əlavə lens almağa can atmayın, buna irəlidə vaxtınız olacaq.  İlk vaxtlar alınan lenslər, bir müddət sonra gərəksiz olur. Cünki fikriniz formalaşır və hansı mövzuda şəkil çəkəcəksəniz, o ehtiyaca uyğun lenslər alacaqsınız.

2. Bol-bol şəkil çəkin.
-Günün hər saatı şəkil çəkin, içəridə, çöldə, gecə qaranlığında, səhər günəşində…. minlərlə şəkil çəkin və müqayisə edin.  Mövzunuzu şəkilin içinə doldurun. Zamanınızın çoxunu bu işə verin, gözünüz həm fotoaparata həm də mənzərələr alışsın.

3.  İstifadə kitabını oxuyun.
– Fotoaparat alarkən üzərində gələn Əl Kitabını bezmədən, yorulmadan dəfələrlə oxuyun, oxuduqca sınayın, öyrənin, şəkil çəkin, bir də oxuyun… İnternetdən tapa bilməyəcəyiniz bir çox məlumatı ordan tapacağınıza əmin ola bilərsiniz. Oxuduqca aparatı daha çox öyrənəcək və ondan daha düzgün və qaydasında istifadə edə biləcəksiniz. Fotoaparatın texniki imkanlarını nə qədər yaxşı bilərsinizsə, bir o qədər peşəkar şəkil çəkə bilərsiniz.

4. İlham alın.
– Bir az qəribə səsləndi, ama  yeni başlayanlar, peşəkarların çəkdikləri şəkillərın necə çəkildiyini öyrənməli və eynisini çəkməyə cəhd etməlidirlər. Bu həm texnikanı artırar, həm də  təcrübənizi….

5. İşığa diqqət yetirin
– Əvvəlki  “İşığın beş növü” məqaləsində yazdığım kimi, şəkil çəkərkən işığa diqqət edin.  İşığın istiqaməti Sizin şəklin keyfiyyətinə, mövzusuna və prespektivini təsir edəcəkdir.

Və bir şeyi də unutmayın….  texnika sizin üçün sadəcə vasitədir. Mövzunu yaradan Allahdır, görən gözlərinizdir. Necə görürsünüzsə, elə də çəkəcəksiniz.

 

 

Yeni başlayanlar nə etməlidir?” üzərinə 12 şərh

    • Erdal bəy, salam.
      Nikon D7100 və ya Canon 70D almağınız məsləhətlidir. Əgər bunlara gücünüz catmasa Canon 650D və ya Nikon D5200 ala bilərsiniz.

      Bəyən

  1. Geri bildiriş: Dərs – İS2. Fotoaparat seçimi | Foto və Sənət

  2. bu yazilari paylasmisiz sag olun. mene cox komey eledi.ders verirsiz.ders verdiyiniz yer ve gunler varsa qosulmaq isteyirem mende

    tərəfindən bəyənildi 1 şəxs

  3. Salam. Men Nikon D7100 almaq isteyirem. Ve bilmek isteyerdim ki hansi lens bu aparatla islemeye daha meslehetlidir?? ( qeyd edim ki bu aparatin ustunde AF-S DX 18-105mm f/3.5-5.6 G lensi verilir.) bunden elave yeni. portiret sekli cekmek ucun, fotosessiya ucun.

    tərəfindən bəyənildi 1 şəxs

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma