Portret necə çəkilir

Portret çəkmək bəlkə də bu işdə ən az xərc tələb edən, ama ən çox vaxt istəyən bir işdir. Nəticədə, qarşında duran bir insandır. Niyə az xərc tələb edən deyirəm, çünki, istər Nikon olsun fotoaparatınız, istər Canon. Hər ikisinin də portret çəkmək üçün cox uyğun qiymətə 50mm f/1.8 mm lensi var.
canon_50f18
Canon 50 mm f/1.8


50mm-18-3
N
ikon 50mm f/1.8

Hər ikisini də istifadə edən biri kimi deyə bilərəm ki, hər ikisi də mükəmməldir. Canon 50mm f/1.8 mm fokuslayan zaman çox səs çıxarmağı xaricində nikon 50mm f/1.8-dən geri qalan yanı yoxdur. Əlbətdə, adları çəkilən lenslər ilkin səviyyədə, daha az büdcəsi olanlar üçündür. Ama bu işə pul yatırtmaq istəyənlərin seçəcəyi lens Nikon 85 mm f/1.4, Canon 85 mm f/1.2 və Sigma 85 mm f/1.4-dür.

nikon-85mm-f14G-78444
Nikon 85 mm f/1.4
ts
Canon 85 mm f/1.2
6495885041_b816e12877_z
Sigma 85 mm f/1.4

Nikonun Nano üzləməsi, Canonun L keyfiyyəti, Sigmanın kəskinliyi fotoqrafçılar üçün əvəzedilməzdir. DXOMARK.com saytında bu lenslərin dəyərləri,  Carls Zeiss-dən sonra ən yüksəkdədir.

karsi

Portretlər üçün f/1.2 çox istifadə olunmayan dəyərdir. Əgər f/1.2 dəyərində üz şəkil çəkərsəniz, gözləri netləsəniz belə, burun və qulaqlar bulanıq düşəcək.

Portret necə çəkilməlidir?

1. Mövzunuzu seçin.
– Portretini çəkmək istədiyiniz insanın mimiklərinə, üz çizgilərinə, emosiyalarına diqqət yetirin, portret çəkərkən nələri ön plana qoyacaqsınız, nələri göstərməyə çalışacaqsınız. Bunları təyin etməlisiniz. Modelinizi əvvəldən də hazırlaya bilərsiniz, təsadüfən yolda-bayırda rastlaşa da bilərsiniz.

2. Yerinizi seçin.
– Əgər əvvəldən planlaşdırılmış şəkildə çəkiliş edəcəksinizsə çalışın sadə və ya çox rəng qarışığı olmayan fon seçin. Yaşıllıq və ya agaclıq buna yaxşı misaldır. Studiya şəraitində çəkiliş aparırsınızsa, modelinizi arxa fondan ayırmağın ən asan yolu budur. İstədiyiniz rəng fonu yarada bilərsiniz. Yadınızdan çıxarmayın ki, diqqət yayındıracaq hər şeyi, bacardığınız qədər fondan çıxarmalısınız.

3. Lensinizi seçin.
– Modelinizidə görmək istədiyiniz çizgiləri ortaya qoymaq üçün düzgün lensinizi seçin. 50mm f/1.8 diyaframlı lenslər işinizi maksimum görə bilər. Ama portret çəkmək üçün f/2.8 sabit dəyərli 70-200mm -də yetərlidir. Hətta,  50mm f/1.8 ilə yaxından çəkməkdənsə, 70-200 f/2.8 ilə uzaqdan çəkmək daha düzgündür. Həm prespektif olaraq düzgün görüntü olacaq, həm də uzaqdan çəkildiyi üçün arxa fonun bulanıqlığı daha yumuşaq olacaq. Mənim şəxsən, Nikon D7100 fotoaparatımda  50mm  f/1.8 və sigma 17-50mm f/2.8 lenslərim, portret üçün yetərli keyfiyyəti verir.

4. F dəyərinizi  seçin.
– Lensləri fotoaparata qoşduqdan sonra mütləq f dəyərini düzgün seçməlisiniz. Əgər arxa fonun tam bulaniq olmasını istəyirsinizsə f dəyərini ən aza, həm arxa fon, həm də model net düşsün istəyirsinizsə f dəyərini 8 ilə -11 arasında dəyişdirin. Prime lenslərin əlbəttə  ən kəskin olduğu dəyər, f8 olaraq qəbul edilmişdir.

Nikon f1.8
Nikon D7100 – 50mm f/1.8mm

Sigma f8
Nikon D7100 – Sigma 17-50mm f/8

Şəkillərdən də görüldüyü kimi, f/8 dəyərində arxa fon, f/1.8-ə nəzərən  daha aydın bilinir.

5. Hazırlıqsız çəkin.
– Modeliniz hər nə qədər fotojenik olsada, kamera qarşısında özünü itirə bilər. Bunun üçün modelinizi hazırlıqsız vəziyyətdə çəkməyə çalışın.

IMG_1109
IMG_3903
6. Flash istifadə edin.

– Hər nə qədər günəşli havada modelinizi çəkməyə çalışsanızda,  kölgələr kadrda narahatlığa səbəb olacaq. Gözaltında, boyun hissəsində və digər yerlərdə təbii işığın yaratdığı kölgələri görmək istəmirsinizsə, fotoaparatin orjinal flaşını, təpə flaşını, dairəsəl flaşı, pərdə və ya çətir işıqlanmalarından istifadə etməlisiniz.
Sigma f2.8+flash
Nikon D7100+Sigma 17-50mm f/2.8 + Təpə flaşı

sigma f2.8
Nikon D7100 + Sigma 17-50mm f/2.8  – flaşsız

7. Mimiklərə diqqət
– Çəkiliş zamanı modelinizin mimikalarına diqqət edin. Gülərkən, aglarkən, sevinərkən, üzülərkən və digər mimikləri çəkməyə çalışın.

IMG_5077

8. Fərqli pozalarda çəkin

– Hər şeyi unudun, qaydaları atın bir kənara…İstədiyiniz pozada, altdan və ya üstdən, yerdən  şəkillər çəkin. Bu şəkillərinizə fərqli ab-hava qatacaqdır.

ARC_8819

9. Ag-qara portret
– Şəkillərinizə güclü hisslər vermək istəyirsinizsə onları rəngsiz çəkin.

2011-09-27 17.02.33 - Agatha,Vignette,Trashy1

Ugurlar…

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma