İşığın beş növü

Işık-Terminali

İşığın istiqaməti, kölgənin məsafəsini, tərəfini və kontrastini təyin edər. Belə olan halda, fotoqrafların istifadə edə biləcəkləri işığın beş növündən söz edəcəm.

1. Fasad işığı:
– İşığın mənbəyi fotoaparatın arxasındadır. Kontrast digər işıqlara nisbətən daha azdır. Kölgələrın hamısı və ya bir qismi obyektin arxasında olduğu üçün lens tərəfindən görülməyəndir. Ən düzgün rəngləri ala biləcəyiniz bu işıq mənbəyi, ən az dərinlik və həcm yaratdığını da bilməlisiniz. 100 % düz şəkildə fasad işığı mümkün deyil, istər günəş işığı olsun, istər flaşın işığı az da olsa, müəyyən bir dərəcədə kölgələmə verir. Fotoaparatın üzərində gələn və ya sonradan qoyulan flaş, fasad işığı sayilmaqdadır. Ama dairəsəl flaslar (ring flash) 100% cəbhə işığı sayılır və ən düzgün işıqlandırmanı verir. Həmçinin bu flaş 0% kölgələmə yaradır. Portret və model çəkilişlərində ən effektiv işıq mənbəyidir.

1

2. Yan işıq

– İşığın mənbəyi obyektin yan tərəfindədir. Digər işıq növlərindən fərqlı olaraq bu işıq, daha cox prespektiv, dərinlik, həcm və rəng çalarları görmək istəyən fotoqrafların istifadə etdiyi işiıqdır.

Chessmen_in_backlight

3. Tərs işıq

– Bu cür işıqlarda işıq, obyektin arxasındadır və onu arxadan işıqlandırır. Kölgələr  fotoaparata doğru uzanır. Digər işıq növlərindən fərqli olaraq kontrast ən yüksək səviyyədədir. Rəngli şəkil çəkdiyiniz zaman kontrastın şiddəti, rənglərin daha çox tünd olmasına səbəb olur. Siluet şəkilləri  çəkmək üçün ən ideal işıq növüdür. Ən inandırıcı məkan və dərinlik hissi verir. Ən romantik, hissləri ən yüksək verəbiləcəyiniz bu işıqla dramatik şəkillər çəkə bilərsiniz.

55

4. Üst işıq

– İşıq obyektin üzərindədir. Ən fotojenik işıq növüdür. Çünki yuxarıdan süzülən işıq, rəngli səthləri tam işıqlandırmazlar, kölgələr çox  azdır və dərinlik hissi verəbilməyəcək qədər yumuşaqdırlar. Günorta günəş işığı buna nümunədir. Fotoqrafa yeni başlayanlar üçün ideal işıq olaraq görülsədə, professionallar səhərin və axşamın yumuşaq işığını daha çox istifadə edirlər.

harsh_sunlight_vs_shade_or_overcast

5. Alt işıq
– Aşağıdan işıqlandırma ilə yaranır. Təbiəttə olmayan bir işıqdır. Bu cür işıqlar təbii olmayan maraqlı və dramatik təsirlər yaradar. İstifadə etmək asan deyil, çünki, qəribə və həqiqətə uyğun olmayan fantastik təsirlər yaradır və bunları mövzulaşdırmaq çətindir.

UpLightColor

Bu 5 işıq növündən istifadə etməyi öyrənən hər bir fotoqraf, professional və dramatik şəkillər çəkə biləcəkdir.

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma