Niyə daş heykəllər…

Nə qədər fəxr eləsək də ki, ay milyonluq tariximiz var, ay qədim millətik, nə bilim nəyik, bütün günü Koroğludan, Babəkdən, Nəbidən dəm vursaq da, millətimizin yaradıcılığı ilə öyünsək də, neçə min illik yaşı olan Bakı şəhərində bu qədimliyi göstərən bir dənə memarlıq əsəri (Qız qalası xaric) yoxdur. Olan qalan bir içərişəhərimiz var, o da içəridi ki içəridi…

ARC_8315

Qız qalasının tarixi 2000-2500 ildir,  nə içərisini gəzəndə nə də həyətində ətrafını dolaşanda heç bir qeyri adi nəsə görə bilmirsən. Qız qalası,  Bakının ətraf kəntlərində, şəhərdəki tikintilərimizdə bir ədədi 20 kg olan, rəngindən gözümüzü yoran elə Kubikdən tikilib.

ARC_8340

Bəlkə də, çoxunuz fikir verməmisinz, ama o vaxtin tikintisi ilə indikində sadəcə divar qalınlıqlarında fərq var. Fantaziya axtarmaga gərək yoxdur. Azərbaycan da heç bir qədim və memarlıq şah əsəri sayılacaq tikinti yoxdur. Əvəzində isə minlərlə mərmər, daş heykəllər… simmetriyasız, ölçüsüz, prespektivsiz daş heykəllər….

ARC_8316 ARC_8328
Qız qalası ətrafında yerləşən heykəllər

IMG_9853
Naxçıvanda Möminə Xatun türbəsininn ətrafında yerləşən qoyun heykəlləri

 

IMG_9850

Bu qədər gəzdiyim yerlərdən (Azərbaycanda)  bir bəyəndiyim Möminə Xatun türbəsidir, o da tikilişi, üzərindəki naxışları, texnalogiyası ilə önə çıxır. Ama bu da, kompleks şəklində deyil. Sadəcə bir türbədir. Bu türbənin də üstünə keçən dəfə Naxçıvana gedəndə eşitdim ki, (en yuxarida gördüyünüz sari üzlük) alkapon vurublarmıs…. 😀 Bəs bizim ölkəmizdə bu qədər şahlar, xanlar olub, bunların sarayları olmayib heç? Şəki Xan sarayi kimsə dedi elə bil…. Şirvanşahlar sarayı…. heç biri oooooooo deditmir insana….

Azərbaycanda memarlıq son yüz ildə inkişaf etməyə başlayıb….

ARC_8354

ARC_8348

ARC_8337

Gəzməyə qərib ölkə, (çünki görməyə heç nə yoxdu) ölməyə vətən yaxşı… bu atalar sözünün hər halda heç bir millətdə oxşarına rast gəlməmisiniz…

ARC_8338

Turistlər üçün də deyəsən sadəcə xalça-palazımız var…

Bir də bu İçərişəhərdə  avtomobillərin girişinə icazə verməsələr daha yaxşı olar.

 

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma