Sigma 17-50mm f2.8 EX DC OS HSM

WP_20150202_20_34_54_Raw

Sonunda gəldi…

Nikon D7100 bodye sifariş etdiyim Sigmanın 17-50mm f2.8 sabit diyaframlı lensim axır ki gəlib cıxdı. Material keyfiyyəti, əldə oturuşu, üzərində olan düymələrin saglamlığını bəyəndim. Nikonun orjinal lenslerindən bir az daha yaxşıdır. Lens hec də yüngül deyil, 92x84mm ölçüsü, 565 gr ağırllığında, 13 element-17 qrupdan meydana gələn optik dizayn, f/2.8-e qədər açılabilən diyafram, 28 sm minimum netləmə məsafəsi, 7 diyafram bıçağı, 77mm filtr diametrı, görüntü sabitləmə sistemiylə, sürətli və səssiz netləmə imkanı verən Hyper Sonic Motor texnalogiyası ilə lens mükəmməldır.

WP_20150202_20_35_53_Raw

Nikon 18-105mm f/3.5-5.6 və Nikon 50mm f/1.8 mm lenslərin ikisini də bir kənara qoydum. Məncə 17-50 mm aralıq ümumi istifadədə yetərli aralıq verməkdədir. sabit f/2.8 diyafram isə arxa fonun flulaşması için ideal dəyərdədir. Digər markaların oxsarlarında görüntü stabilizatorunun olmaması bu lensi bir addım daha önə çıxarır. Lensin üzərində gələn parasoleyin kilidini bəyənmədim. Nikon və Canon lenslərdə parasoley çox möhkəm oturur lensin üzərində, bu lensdə isə parasoleyə yumusaq toxunan kimi açılır.

ARC_7911

Lensin makro keyfiyyəti çox yaxşıdır. Ama şəkildən də görüldüyü kimi,  17mm-də kənarlarda yüngülvarı qaralmalar mövcuddur. Bu şəkli çəkərkən lensin ucunu saata  10 cm dan netlədim. Lens makro çəkimlər üçün  çox iddialıdır. Bu qədər yaxından çox az lens var ki, netləmə edə bilir.

ARC_7913

Bokeh dərəcəsi cox yaxşıdır, bunun üstünü ancaq 85mm f/1.4mm də görə bilərsiniz. 50mm f/1.8 lensin bokehi ilə fərqi hiss edəbilmərsiniz. Lensdə xoşuma gələn digər bir şeysə, manual netləmə halqasının cox az dərəcədə, yumuşaq və səssiz dönməsidir. Video çəkilişlərində işə yarayan bir şeydir. Avtomatik netləmə zamanı motorun verdiyi səs, nikonun və canonun lenslərindən fərqldir. Bir də, fotoaparatı söndürərkən lensdən bir taqqıltı səsi gəlir, bunu heç bəyənmədim.

WP_20150202_21_11_24_Raw

Lensin üzərində avtomatik və manual fokuslama düyməsi, optik stabilizator düyməsi və lens kilidi yer almaqdadır. Düymələrin dizaynı, yeləşməsini çox bəyəndim.  Fokuslama avtomatik rejimdə olduğu zaman əllə döndərmək olmur. Lens kilidi də lensin ağırlığından  açılmasının qarşısını alır.

WP_20150202_20_36_19_Raw

Lensin bodysindən fərqli olaraq, uc hissəsinin 77mm qoyulmasına bir məna verə bilmədim. 77mm üzərinə oturan parasoley flaşla şəkil çəkərkən kölgələm verir və bu kölgəni şəkildə net görmək olur. Əgər obyektiniz lensə çox yaxındırsa, mütləq digər aydinlatmalardan və ya təpə flaşından istifadə etməlisiniz.

WP_20150202_20_38_01_Raw
WP_20150202_20_41_41_Raw

Bu lensi aldınızsa, mütləq önünə bir UV filtr (mən Kenko 77mm UV aldım) və mənzərə/geçə çəkimlərində bir sirkular polarizə(məndə Hoya 77mm CR-PL)  filtr alıb taxmaq lazımdır. Hər nə qədər bir neçə stop kadrajı artırsada, mənzərə çəkimlərində daha dolğun rənglərə, gecə çəkimlərində daha düzgün kontrasta sahib olacaqsınız.  Həmçinin polarizə filtrlər gecə uzun kadrajlamada, ışıqların da yansımasının qaşısını alır.

WP_20150202_20_42_18_Raw

Test üçün çəkdiyim şəkillərdə polarizə filtirin netliyin bir az qarşısının aldığını və parazitlərin (gecə cəkilişlərində) çoxaldığını hiss elədim.

Nəticə olaraq, Sigma 17-50mm f/2.8, istər portret, istər geniş mənzərə, istər gecə və istərsədə makro çəkilişləri üçün hazırlanmış APS-C sensorlu fotoaparatlar üçün idela bir lensdir. Mən həm dizaynını, əldə oturmağını, şəkillərdəki kəskinliyini, netləmə sürətini və səssizliyini, rəng dolgunlugunu və netləmə halqasını çox bəyəndim.  Bəyənmədiyim, lensin çox agır olması (ama bu adama görə dəyişir) və parasoleyin kip oturmaması oldu.

ARC_7935

Bu lensin üzərinə telefoto lensə ehtiyac duyarsanız aşağıdakı alternativləri də gözdən keçirə bilərsiniz. APS-C sensora sahib olan, quş və böcək çəkən və bu işi yarı professional olaraq məşğul olanlar üçün ideal lenslərdir.

1 – AF-S DX NIKKOR  55-200mm f/4-5.6G ED VR II

2 – AF-S NIKKOR   70-200mm f/4G ED VR

3 – APO 70-200mm F2.8 EX DG OS HSM

 

Sigma 17-50mm f2.8 EX DC OS HSM” üzərinə bir şərh

  1. Geri bildiriş: Kim nə alsın…!!!??? | Foto və Sənət

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma