Fotoya başlarkən…

 CANON 60D ilə başlayan sərgüzəşt

Canon 60D

2011-ci ildə ilk fotoaparatim Canon 60D-ni aldim. Üzərində 18-55mm f3.5-5.6 lens vardi.  Bu fotoaparatı alana qədər, 3-4 ay internetdən bir necə markanın o tarix ucun yeni olan makinalarını araşdırdım. Sonunda qərar verdim Canikoya… Nikon o zaman üçün mənə daha qarmaşıq gəlirdi. APS-C sensora sahib olan fotoaparat mənim üçün yetərli idi. Bu işə həvəskar olduğum üçün Full Frame makinalar (Canon 5d M3 və ya Canon 5D M2)  hələ ki mənə cox gəlirdi (əslində indi də ehtiyacım yoxdu). 3 il bu fotoaparatı istifadə elədim. Amazondan 18-200 mm F3.5-5.6 lens sifariş etdim 600$-a. O zaman (yeni başlayanların hamısında olur belə) bu lensin zoomu cox maraqlı gəldi mənə. Bir müddət sonda  çəkdiyim şəkilləri internetdəki şəkillərlə qarşılaşdıranda, gördüm ki, kəskinlik problemim var. Bunu araşdırdıqdan sonra 50 mm f1.8 lens aldim. Lensin keyfiyyəti və kəskinliyi heyrətə gətirdi məni. Təxminən 30 min şəkil cəkdim bu lenslə… ama 2013-cü ilin sonunda fotoaparatı satdım.

canon 60D

IMG_5148

 

NİKON D7100

nikon d7100+sigma 17-50

2014-cü ilin fevral ayında  Nikonun yeni makinası D7100 aldım  və hələ də bu fotoaparatdan istifadə edirəm. Üzərində gələn 18-105mm f3.5-5.6 lens cox kəskin və rəngləri düzgün göstərə bilir. İlk bir iki ayı sadəcə fotoaparatın əl kitabını oxumaq və test etməklə keçirdim. Canondan köklü miqdarda (istifadədə) fərq eləsədə, vərdiş etdikdən sonra əlinizdən yerə qoymaq istəməyəcəyiniz bir aparat ilə qarşılaşırsınız.  Canonlar sanki daha pratik, Nikonlar daha qarmaşıq gəlir adama… ama bu qarmaşıqlığı idarə edə bilsəniz cox maraqlı kadrlar çəkə bilərsiniz. Canondakı 50mm lensin verdiyi zövqü almaq üçün Nikon 50mm f1.8mm lensi  aldim. Nikon d7100 APS-C sensora sahib olsada,  AA filtrinin olmaması fotoaparatın çəkdikləri kadrların cox kəsin olmasına səbəb olur və bu hər fotografçının arzuladığı bir şeydir. Nəticə olaraq bu fotoaparat, mənə istədiyim kəskinliyi və rəng dolğunluğunu verir. Bir neçə gün sonra sifariş etdiyim Sigma 17-50mm f2.8 lensın performans dəyərlərini və testllərini paylaşacam Sizlərlə. Nikon D7100+50mm f1.8 lensdən bir neçə nümunə:

ARC_1415

AFT_6956

Davam edəcəyik….

Sual və Təklifləriniz

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma